Rusiya cəmiyyəti daha qurbanlar vermək istəmir Diplomat
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Rusiya müharibəni davam etdirməyə hazırdır, lakin gələn il hərbi xərcləri artırmağı planlaşdırmır. Baxmayaraq ki, əvvəlki illərdə müharibəyə federal xərcləri ÜDM-in 8%-ə çatdıraraq, davamlı olaraq artırdılar.
Axar.az xəbər verir ki, bunu İsveç əsilli amerikalı iqtisadçı və diplomat Anders Aslund deyib.
O bildirib ki, Ukrayna ÜDM-nin 50 faizini müharibəyə xərcləyir:
"Bu, açıq şəkildə göstərir ki, Ukrayna üçün bu müharibə öz mövcudluğu uğrunda mübarizədir. Putin üçün müharibənin şəxsi ekzistensial ölçüsü ola bilər, lakin bütövlükdə Rusiya üçün yox. O, artıq hərbi xərcləri əhəmiyyətli dərəcədə artıra bilmir, çünki Rusiya cəmiyyəti bu müharibə üçün böyük qurbanlar verməyə hazır deyil".
Diplomat əlavə edib ki, bu qərarın nəticəsi Rusiyanın uzunmüddətli müharibə rejiminə keçməsidir:
"Əsas diqqət hərbi səylərin genişləndirilməsinə deyil, onların hazırkı səviyyədə saxlanmasına yönəlib".
Eyni zamanda o, Rusiyanın növbəti səfərbərlik dalğası həyata keçirəcəyi fikrinə də şübhə ilə yanaşır.
Baxış sayı:54
Bu xəbər 17 Noyabr 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















