Rusiya Çernobıldakı işlənmiş nüvə yanacağı anbarını vurdu FOTO
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya ordusu bu gecə Çernobılın özgələşdirmə zonasında yerləşən İşlənmiş Nüvə Yanacağının Mərkəzləşdirilmiş Anbarının binasına zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın "Enerqoatom" dövlət şirkəti məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində konteynerlərin qəbulu binası qismən dağılıb. Bildirilib ki, hadisə zamanı həmin hissədə işlənmiş nüvə yanacağı saxlanılmayıb. Zərbədən sonra obyektdə yanğın baş verib, lakin alov artıq tamamilə söndürülüb. Heyət arasında xəsarət alan olmayıb.
Şirkətdən bildirilib ki, hazırda obyektin ərazisində radiasiya fonu norma daxilindədir və hər hansı təhlükə yoxdur.
Rusiya tərəfi hələlik bu zərbəni təsdiqləməyib.
Bu mövzuda digər xəbərlər:Çernobıldakı itlər mutasiyaya uğradı: Onlar super güc qazandılar
10 Dekabr 2024 17:02
Rusiya Ukraynanın su anbarını vurdu
14 Aprel 2026 16:44
Rusiya Kiyevdə PUA anbarını vurdu
09 Sentyabr 2026 11:29
Rusiya Kiyevdə logistika anbarını vurdu
13 Oktyabr 2026 19:22
Rusiya Kiyevdə “Flamingo” raket anbarını vurdu
29 Sentyabr 2026 10:50
Baxış sayı:128
Bu xəbər 07 İyun 2026 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















