Rusiya daha bir NATO ölkəsinin hava məkanına girdi
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Sentyabrın 19-da Estoniya Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın bu ölkədəki müvəqqəti işlər vəkilini çağıraraq hava məkanının pozulması ilə bağlı etiraz bildirib, nota təqdim edib.
Gununsesi.info xəbər verir ki, XİN bildirir ki, hava məkanının pozulması Finlandiya körfəzi üzərində baş verib. Rusiyaya məxsus üç MIG-31 qırıcı təyyarəsi Estoniya hava məkanına icazəsiz daxil olub, orada 12 dəqiqə qalıb.
“Rusiya bu il artıq dördüncü dəfədir ki, Estoniyanın hava məkanını pozur və bu, qəbuledilməzdir. Bu gün baş verən insident, üç döyüş təyyarəsinin hava məkanımıza daxil olması görünməmiş dərəcədə həyasız addımdır”, – Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib.
Estoniya NATO-nun və Avropa İttifaqının üzvüdür. NATO bəyan edib ki, qırıcı təyyarələri Rusiya təyyarələrini havada müşayiət edib.
Son vaxtlar Rusiya dronları NATO və Aİ üzvləri Polşa və Rumıniya ərazisinə də girib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 20 Sentyabr 2025 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















