Icma.az
close
up
RU
Rusiya daxilində etnik ayrı seçkilik meyilləri güclənirmi? ŞƏRH

Rusiya daxilində etnik ayrı seçkilik meyilləri güclənirmi? ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 iyun, AZƏRTAC

Yekaterinburqda azərbaycanlıların yaşadığı ünvanlarda aparılan polis reydləri Rusiya daxilində etnik mənsubiyyətə əsaslanan hədəfləmələrin narahatedici tendensiyaya çevrildiyini göstərir. Bu kimi addımlar artıq tək-tək insidentlər deyil, ardıcıl müşahidə olunan və siyasi məna daşıyan davranış formasıdır.

Bu fikirləri AZƏRTAC- açıqlamasında politoloq və ictimai xadim Tural İsmayılov söyləyib.

Onun sözlərinə görə, miqrantlara qarşı hüquqi yoxlama adı altında keçirilən bu tədbirlər əslində hüquqdan çox ideoloji və psixoloji təsir vasitəsi funksiyasını daşıyır. “İnsanların təkcə milliyyətinə görə şübhəli hesab edilməsi nə hüququn aliliyi ilə uzlaşır, nə də müasir dövlətçilik prinsiplərinə uyğundur”, - deyə o qeyd edib.

Politoloq diqqətə çatdırıb ki, Rusiya beynəlxalq arenada özünü multikultural dəyərləri müdafiə edən çoxmillətli dövlət kimi təqdim etsə də, daxildəki bu cür addımlar həmin imicin dərin zədələndiyini göstərir. Etimad və tərəfdaşlıq yalnız yüksək səviyyəli bəyanatlarla deyil, sıravi vətəndaşlara göstərilən münasibətlə formalaşır. Belə yanaşmalar isə nə strateji tərəfdaşlığa, nə də regionda sabitliyə xidmət edir. Moskva anlamalıdır ki, etnik hədəfləməyə əsaslanan davranışlar nə təhlükəsizliyi təmin edir, nə də ictimai sabitliyi möhkəmləndirir. Əksinə, bu, həm sosial parçalanmaya, həm də beynəlxalq münasibətlərdə gərginliyin artmasına səbəb olur. Dövlətlərarası münasibətlərin davamlılığı insan hüquqlarına hörmətdən başlayır – əgər bu fundament sarsılırsa, üzərində heç bir əməkdaşlıq modeli inşa oluna bilməz

“Milliyyətə görə reyd keçirmək hüquqi yox, ideoloji zorakılıqdır. Rusiyanın çoxmillətli dövlət imici bu cür addımlarla içəridən çökür. Bir ölkə insanlara yox, pasportlarına görə davranırsa, orada hüquq yoxdur. Etnik hədəfləmə – siyasi zəifliyin və idarəolunmazlığın əlamətidir. Bu cür reydlər sadəcə evlərə yox, dövlətlərarası münasibətlərə basqındır”, - deyə Tural İsmayılov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri