Rusiya dənizin altına enir: Britaniya ilk dəfə real təhlükəni açıqladı: QUQİ...
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniyada elit sualtı diversiya bölməsi ölkənin kritik əhəmiyyətli sualtı kabellərini və boru kəmərlərini zədələmək üçün "fiziki təsir” göstərə bilən dəniz aparatlarının yerləşdirilməsinə qarşı hazır vəziyyətdədir.
Qaynarinfo xəbər verir ki, general Qvin Cenkinsin "Financial Times” nəşrinə bildirdiyinə görə, Böyük Britaniya Rusiyanın daim təkmilləşən qabaqcıl sualtı imkanlarından qaynaqlanan dəniz təhlükəsini görməzdən gələ bilməz.
Qeyd olunur ki, təcrübəli dalğıclardan ibarət bu bölmə internet kabelləri və qaz kəmərləri kimi sualtı infrastrukturun xəritələndirilməsi və potensial olaraq sıradan çıxarılmasına cavabdehdir.
"Biz görürük ki, Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəsinin (QUQİ) sualtı imkanları yenidən bərpa olunur. Onların bu proqramda problemləri vardı, amma görünür, yenidən işə salıblar. Buna görə də onların təkrar yerləşdirilməsini gözləyirik”, – deyə Cenkins bildirib.
General əlavə edib ki, QUQİ ekstremal dərinliklərdə işləyə bilən sualtı aparatlara malikdir və bu da "ruslara qarşı istədikləri təqdirdə fiziki təsir göstərmək imkanı verir”. O, "fiziki təsir” anlayışını dəqiqləşdirməkdən imtina edib.
"Onlarda sabotaj həyata keçirmək istəyi və imkanları olan aqressiv bir rejim var, həmçinin xəritədə göstərilən, bizim üçün həyati əhəmiyyət daşıyan infrastruktura böyük dərinliklərdə çata bilən texnika mövcuddur. Bu, mənə yaxşı kombinasiya kimi görünmür”, – deyə Cenkins vurğulayıb.
Hərbi-dəniz ekspertləri ehtimal edirlər ki, Moskva kabellərin birləşmə nöqtələrində partlayıcı maddələr yerləşdirə bilər.
Nəşr xatırladır ki, QUQİ uzun illərdir sualtı missiyalar həyata keçirir, lakin onun fəaliyyəti ciddi şəkildə məxfi saxlanılıb və Britaniya Hərbi Dəniz Qüvvələri yaxın vaxtlara qədər bu qurumun mövcudluğunu belə açıq şəkildə etiraf etmirdi.
Jurnalistlər 2019-cu ildə baş verən faciəni də xatırladırlar: Arktika sularında Norveç yaxınlığında naməlum tapşırıq zamanı "Loşarik” adlı dərinlik sualtı aparatı yanğınla üzləşmiş, nəticədə QUQİ-nin 14 yüksək rütbəli zabiti ölmüşdü.
Bu təhlükəyə qarşı Böyük Britaniya Norveçlə yeni müdafiə sazişi imzalayıb. Norveç Rusiya hərbi gəmilərinin və sualtı qayıqlarının Avropa sularına – Qrenlandiya, İslandiya və Böyük Britaniya arasındakı şimal keçidi vasitəsilə – daxil olmasının izlənməsində əsas müttəfiq sayılır.
Bundan əlavə, "Atlantik Bastionu” adlanan müdafiə sistemi çərçivəsində akustik sensorlar və avtonom gəmilərdən ibarət qoruyucu halqanın yaradılması üçün 4 milyon funt sterlinqlik müqavilələr bağlanıb.
2026-cı ildə bu layihəyə əlavə 35 milyon funt ayrılması gözlənilir.
Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) ekspertləri "Atlantik Bastionu”nun "Tomahawk” raketləri ilə təchiz olunmuş uzaqmənzilli zərbə platformaları ilə gücləndirilməsini də təklif ediblər – məqsəd Arktika bazalarından çıxan Rusiya sualtı qayıqlarını cilovlamaqdır.
Cenkins vurğulayıb ki, Böyük Britaniya həm QUQİ-dən, həm də Rusiya Şimal Donanmasının klassik qüvvələrindən qorunmalıdır:
"Biz faktiki olaraq Rusiya ilə sərhəddəyik. Bu sərhəd – bizim şimalımızdakı açıq dənizdir. Aramızda Şərqi Avropanın maneə olduğu fikri təhlükəli bir arxayınlıqdır”.
Onun sözlərinə görə, Rusiya dəniz hərbi imkanlarına yatırım etməyə davam edir və onları təkmilləşdirir.
"Biz bu təhlükəni son dərəcə ciddi qəbul etməliyik”, – deyə general xəbərdarlıq edib.
Cenkins əlavə edib ki, vəziyyəti çətinləşdirən əsas amillərdən biri də Rusiyanın davranışlarının proqnozlaşdırılmasının çətinliyidir:
"Rusiyanın öz eskalasiyalarını və cavab addımlarını necə qiymətləndirdiyini anlamaq çətindir… məni ən çox narahat edən də məhz bu qeyri-müəyyənlikdir”.
Qeyd edək ki, QUQİ (ГУГИ – Главное управление глубоководных исследований) Rusiyaya məxsusdur. Bu qurum Rusiya Müdafiə Nazirliyinin tabeliyindədir. Faktiki olaraq Hərbi-Dəniz Donanması ilə əlaqəli işləyir. Əsas funksiyası dərin sularda kəşfiyyat, sualtı kabellərin və boru kəmərlərinin izlənməsi, lazım gəldikdə sabotaj və diversiya əməliyyatlarıdır. Ən məşhur platforması: "Loşarik” tipli dərinlik sualtı aparatlarıdır. Qısası: QUQİ Rusiyanın ən məxfi və ən təhlükəli strukturlarından biridir.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 23 Dekabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















