Rusiya diplomatına 12 il həbs Vətənə xəyanət ittihamı VİDEO
Icma.az, Bakupost saytına istinadən bildirir.
Moskva Məhkəməsi Rusiya Xarici İşlər Nazirliyinin (XİN) keçmiş əməkdaşı Arseni Konovalovu 12 il müddətinə məhkum edib. Dövlətə xəyanətdə günahlandırılan sabiq diplomat cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, Konovalov 2024-cü ilin martında xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq şübhəsi ilə Rusiya Federal Təhlükəsizlik Xidməti (“FSB”) tərəfindən həbs olunmuşdu. Məhkəmə qərarına görə, o, ABŞ kəşfiyyatına gizli məlumatlar ötürməkdə günahlandırılıb.
“FSB”-nin yaydığı bəyanatında deyilir ki, Konovalov dəfələrlə ABŞ-a ezamiyyətdə olarkən, xidməti vəzifələri zamanı əlçatan olmuş gizli məlumatları pul müqabilində Amerikanın kəşfiyyat strukturlarına ötürüb.
Cinayət işi Rusiya Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) üzrə aparılıb. Konovalovun cəzasına həmçinin 100 000 rubl cərimə (2150 manat) və müəssisədən azad edildikdən sonra 1 il məhdudiyyət də əlavə olunub.
Həbs qərarı 2025-ci ildə Rusiya məhkəmələri tərəfindən dövlət sirlərini qanunsuz şəkildə xarici kəşfiyyata ötürdüyü iddia edilən şəxslərlə bağlı məhkumiyyətlərin rekord səviyyəyə çatdığı bir dönəmə təsadüf edir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Deputat “vətənə xəyanət” ittihamı ilə saxlanıldı
06 Sentyabr 2025 17:04
Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə
01 Oktyabr 2025 01:08
Vətənə, millətə xəyanət, uşaq istismarı
25 Yanvar 2025 15:34
Korrupsiyanı anladıq; bəs, vətənə xəyanət nədir?
15 Oktyabr 2025 13:33
Gürcüstanda “vətənə xəyanət” maddəsi bərpa olunur
17 Fevral 2025 22:40
Baxış sayı:57
Bu xəbər 26 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















