Rusiya diplomatları və hərbi qulluqçuları Suriyadan qaçır
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
Suriyada ruslar üçün vəziyyət pisləşir, hərbi kontingent və diplomatlar müxalif qüvvələrin silahlı iğtişaşları səbəbindən Dəməşqi və digər şəhərləri təcili tərk edirlər.
Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Bildirilir ki, Rusiya hərbi kontingenti Xamadan qaçaraq Xmeymim bazasına təxliyə edilib.
Məlumata görə, rusların Xmeymimdə yerləşən koordinasiya qərargahının rəhbəri, general-polkovnik Oleksandr Juravlev vəziyyətin Əsəd rejiminin nəzarətindən çıxdığını bəyan edib.
“İlk silahlı iğtişaşlar Dəməşqdə başladı. Rusiya hərbçiləri və diplomatları təcili olaraq Suriyanın paytaxtını tərk etməyə başlayıblar”, - deyə vurğulanıb.
Qeyd olunub ki, ruslar Xan Şeyxun şəhərindəki hərbi bazadan da xeyli silah və texnika arsenalı qoyub qaçıblar.
Daşqın Həsənov
Missiya.Az
Baxış sayı:89
Bu xəbər 02 Dekabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















