Icma.az
close
up
RU
Rusiya dizel yanacağı ixracına qoyulan qadağanı uzadır KONKRET

Rusiya dizel yanacağı ixracına qoyulan qadağanı uzadır KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Rusiya hökuməti istehsalçılar tərəfindən dizel yanacağının ixracına tətbiq edilən qadağanı 2026-cı ilin oktyabr ayının sonuna qədər uzatmaq qərarına gəlib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Aleksandr Novakla sentyabrın 14-də keçirilən görüşün nəticələri ilə tanış olan iki mənbə məlumat verib.

İstehsalçılar üçün ixrac qadağası iyulun əvvəlindən qüvvədədir. Məhdudiyyət əvvəlcə iyulun 31-dək tətbiq edilib, daha sonra sentyabrın 1-dək, son olaraq isə sentyabrın 30-dək uzadılıb. İllik istehsal gücü 1 milyon tona qədər olan treyderlər və kiçik neft emalı zavodları üçün tətbiq edilən məhdudiyyət isə 2025-ci ilin sentyabrından qüvvədədir və artıq 2027-ci il yanvarın 31-dək uzadılıb.

Nəşrin mənbələrindən biri qadağanın uzadılmasının əsas səbəbinin daxili bazarın yanacaqla təminatını qorumaq olduğunu bildirib. Ekspertlər isə qərarı neft emalı zavodlarında planlaşdırılan təmir işlərinin payız aylarına təxirə salınması və daxili bazarda yanacaq ehtiyatlarının artırılması zərurəti ilə əlaqələndirirlər.

Xatırladaq ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novak iyul ayında yanacaq-enerji infrastrukturuna endirilən zərbələrin bir sıra neft emalı zavodlarının fəaliyyətinə təsir etdiyini açıqlamışdı. Onun sözlərinə görə, bunun nəticəsində benzin və dizel yanacağı istehsalı müvəqqəti olaraq azalıb.

Sentyabrın 15-də “Reuters” Rusiyanın iri dizel istehsalçısı olan neft emalı zavodlarının təxminən yarısının sentyabr ayında istehsalı azaltdığını yazıb. Bundan əvvəl, sentyabrın 13-də ABŞ Prezidenti Donald Tramp Ukraynanı Rusiyanın dizel istehsalına yönəlmiş zərbələri dayandırmağa çağırmışdı. Tramp bu cür hücumların qlobal yanacaq bazarına mənfi təsir göstərə biləcəyini bildirib.

Daha sonra Rusiya və Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılması ilə bağlı müzakirələr gündəmə gəlib. Bununla belə, tərəflərin enerji infrastrukturuna qarşı hücumlarla bağlı qarşılıqlı ittihamları davam edir. Beləliklə, Rusiyanın dizel yanacağı ixracına tətbiq etdiyi məhdudiyyətlərin uzadılması ölkə daxilində yanacaq təminatının sabit saxlanılması və ehtiyatların artırılması məqsədi daşıyır. Eyni zamanda, neft emalı zavodlarında istehsalın azalması və enerji infrastrukturuna qarşı hücumlar yanacaq bazarında vəziyyəti daha da həssaslaşdırır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Sentyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see627

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see545

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see296

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see294

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see271

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see268

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see258

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see258

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see256

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see228

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see226

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see226

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see224

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see223

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see222

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see219

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see218

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see216

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri