Icma.az
close
up
RU
Rusiya dostsuz qalacaq! Qazax jurnalistdən SƏRT YAZI

Rusiya dostsuz qalacaq! Qazax jurnalistdən SƏRT YAZI

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Tanınmış qazaxıstanlı jurnalist Nurgəldi Abdiqani Rusiyada azərbaycanlılara qarşı həyata keçirilən zorakı hadisələrə münasibət bildirib.

Modern.az-ın məlumatına görə, o, baş verənləri Rusiya özbaşınalığının son həddi adlandırıb.

"Rusiyanın özbaşınalığına Bakının 3 zərbəsi" adlı məqaləni təqdim edirik:

Rusiyanın növbəti özbaşınalığı Bakı ilə Moskva arasında münasibətləri saatbasaat soyudur. Gərginlik Yekaterinburqdan başlayıb.

Rusiyanın “vur, hara vura bilərsən” prinsipilə hərəkət edən güc strukturları azərbaycanlıların yaşadığı bir neçə mənzildə reyd keçirib. Daha dəqiq desək, Rusiya OMON-u “ov ovlamağa çıxan kimi” soydaşlarımızın evlərində amansızlıqla axtarış aparıb, onları vəhşicəsinə döyüb, istədiklərini edib.

Bu qəddarlıq nəticəsində 2 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Bakının açıqlamasına görə, 27-28 iyun tarixlərində ümumilikdə 50-yə yaxın azərbaycanlı bu cür zorakılığa məruz qalıb. Yekaterinburqda qardaşlar Hüseyn və Ziyəddin Səfərovdan biri Daxili İşlər İdarəsində döyülərək öldürülüb, digəri isə xüsusi təyinatlıların maşınında həyatını itirib.

Bu hadisələr təkcə Yekaterinburqla bitməyib. Elə həmin ərəfədə Rusiyanın Voronej şəhərində də azərbaycanlılara qarşı qəddar reyd keçirilib. “Alekseevskiy” bazarında baş vermiş məişət zəminli münaqişədən sonra “Rus icması” deyilən bir dəstə ortaya çıxıb, zorakı çağırışlar edib. Ardınca OMON gəlib, iki dəfə döyüb.

Bakının birinci zərbəsi

Bəs Bakının reaksiyası necə oldu? Əlbəttə ki, susmadı! Azərbaycan XİN Rusiyanın səfirini çağırıb xəbərdarlıq etdi. İki dəfə rəsmi etiraz bildirdi. Ombudsman məktubla müraciət edərək izahat tələb etdi. Prokurorluq cinayət işi başlatdı. Milli Məclisin bir neçə deputatı yüksək səslə Moskvaya sərt mesajlar verdi. Bundan əlavə, əvvəlcədən planlaşdırılmış Moskva ilə bağlı mədəni tədbirlər ləğv edildi.

Bu addımlar Bakının birinci “zərbəsi” idi.

Moskva isə buna laqeyd qalmadı. Peskov bir dəfə, Zaxarova isə iki dəfə danışdı. Hər ikisi Rusiya güc strukturlarını müdafiə etdi və baş verənləri “məişət münaqişəsi” kimi təqdim etməyə çalışdı.

“Bakının sərt reaksiya verməyə heç bir əsası yoxdur”, – dedilər.

---

Bakının ikinci zərbəsi

Daha sonra Azərbaycan öz gücünü ortaya qoymağa başladı. “Sputnik Azərbaycan” adlı agentliyin binasına reyd keçirildi. Kremlin ideoloji maşınına xidmət edən jurnalistlər istintaqa aparıldı.

Bu əməliyyat gizli saxlanılmadı. Agentliyin binası ilə kifayətlənməyib, bütöv bir küçə bağlandı və Moskvaya “baxın, görün” mesajı verildi.

Azərbaycan DİN “Sputnik”də çalışan 7 nəfəri əlləri-qolları qandallanmış şəkildə saxladı. Onlara Rusiya FTX agentləri olmaq ittihamı irəli sürüldü.

Eyni zamanda, Azərbaycanın dövlət televiziyaları Rusiyanın “imperiya” siyasətini tənqid etməyə başladı. İndi geniş şəkildə Stalin dövrünün repressiyaları və işğal siyasəti barədə proqramlar yayımlanır.

Bundan sonra Moskva tonunu dəyişdi. Azərbaycan səfirinə nota təqdim edildi, Rusiya vətəndaşlarının azad olunması tələb edildi.

---

Bakının üçüncü zərbəsi

Bəs Bakı nə etdi?

Bakı bu gün Rusiya vətəndaşlarından ibarət iki mütəşəkkil cinayətkar dəstənin üzvlərini saxladı! “Güc tətbiqi nə deməkdir, baxın!” – deyə həmin şəxsləri videoya çəkib yaydı. Bu şəxslərə “İrandan narkotik daşımaq” və “kiberfırıldaqçılıqla məşğul olmaq” kimi ittihamlar irəli sürüldü.

---

Kreml niyə dostsuz qalır?

Bütün bunların fonunda Bakı ilə Moskva arasında münasibətlər getdikcə soyuyur. Və buna səbəb Rusiyanın özbaşına davranan güc strukturlarıdır. Onlar yalnız azərbaycanlılara yox, digər xalqlara, hətta öz vətəndaşlarına da düşmən münasibət bəsləyir.

Yadınızdadırmı? Qırğızıstan vətəndaşlarının Rusiyada necə işgəncəyə məruz qaldığını yazmışdıq. Bişkek nota verdi, parlament üzvləri sərt çıxışlar etdi.

Sonra özbək qardaşlarımız da Rusiyada vəhşicəsinə döyüldü, qanunsuz təqiblərə məruz qaldı. Özbəkistan deputatları da susmadı, sərt danışdılar, vətəndaşlarına sahib çıxdılar.

---

Rusiya bu cür özbaşınalığı davam etdirərsə, sonda Kreml tamamilə dostsuz qalacaq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyul 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri