Rusiya dövlət dumasının vitsespikeri: İqlimi müdafiə edən parlamentin səsi eşidilməlidir
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bu genişmiqyaslı tədbirin keçirilməsində azərbaycanlı dostlarımızı dəstəkləyirik. Bu, çox vacibdir. İqlimi müdafiə edən parlamentin səsi eşidilməlidir, çünki parlament xalqın fikrini ifadə edir".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya dövlət dumasının vitse-spikeri Andrey Yatskin deyib.
O bildirib ki, Bakıda artıq ilk iclasda iqlim dəyişiklərindən qorunmaq üçün bir sıra konkret təkliflər edilib:
"Ölkəmiz Azərbaycanla birlikdə prezidentlərimizin tapşırığı ilə Xəzər dənizinin mühafizəsi istiqamətində də tədqiqatlar və fəaliyyətlər həyata keçirir. Ümid edirəm ki, bugünkü görüş Xəzər dənizinin mühafizəsi də daxil olmaqla iqlim dəyişikliyindən qorunmaq üçün konkret tədbirlərin hazırlanması ilə yadda qalacaq".
Mərahim Nəsib
Baxış sayı:74
Bu xəbər 16 Noyabr 2024 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















