Icma.az
close
up
RU
Rusiya dövrü Cənubi Qafqazda bitib

Rusiya dövrü Cənubi Qafqazda bitib

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kreml Bakını enerji bazarında özünə rəqib olaraq görür

Avqustun 17-də Rusiya ordusu Ukraynada SOCAR-a (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) məxsus yanacaqdoldurma məntəqəsini "Şahed" dronu ilə vurdu.

Odessa Vilayət Dövlət Administrasiyasının sədri Oleq Kiper öz Telqram kanalında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb.

Kiper bildirib ki, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın baş verib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanla Ukrayna Rusiya tərəfindən qaz kompressor stansiyasına hava zərbələrinin endirilməsini pisləyib.

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Görünür, Kreml Azərbaycanla Ukrayna arasında enerji əməkdaşlığından narahatdır, bunu əngəllməyə çalışır.

Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Çingiz Şahbazinin fikrincə,

Ukraynada Azərbaycana məxsus enerji obyektlərinə, Rusiyanın hərbi müdaxiləsi və nəticədə bu obyektlərin bombalanması, heç bir şübhə etmədən demək olar ki, bu təsadüf nəticəsində baş verməyib və rəsmi Kremlin birbaşa diqtəsi və nəzarəti altında həyata keçirilib. Əslində Rusiyanın ölkəmizə qarşı bu kimi hərəkətləri gözlənilməz və təəccüb doğurucu hal kimi qiymətləndirmək doğru olmazdı. Rusiya bunu sırf qisas almaq niyyəti ilə həyata keçirib və bunun arxasında məlum, Azərbaycana məxsus AZAL şirkətinin, Rusiyanın Qroznı şəhəri istiqamətində uçan və Rusiya səmasında vurularaq Qazaxıstanın Aktau şəhəri yaxınlığında düşən təyyarəmizdən sonra baş verən, Azərbaycan dövlətinin haqlı tələbləri və beynəlxalq hüquq normaları çərçivəsində, baş vermiş insidentə yanaşmasından sonra, Azərbaycana qarşı üzürxahlıq və digər dövlətlərarası mədəni və insani normalara uyğun olaraq hərəkət etmək yerinə, bunun tam tərsini Rusiyanın siyasi hakimiyyətinin timsalında görməyə başladıq. Rusiya həmişəki kimi öz ampulasında idi və bu dəfə Azərbaycana qarşı təzyiq mexanizmi ilə güya yerini göstərməyə başladı və nəticədə Cənubi Qafqazdakı olan, qalan münasibətlərini də əldən verdi: “Əlbəttə ki, Rusiyanın siyasi mətbəxinin sivil qaydada münasibətilər qurmaq və dostluq və əməkdaşlıq platformalarında iştirak etmək və bu istiqamətdə ölkənin gələcək həyatını irəli aparmaq və düşdükləri mövcud durumu doğru olaraq qiymətləndirmək və bundan dolayı ölkənin gələcəyi naminə, insanların taleyini risk altına almamaq və qonşu ölkələrlə bağlı boş-boş ambisiyalar üzərinə çirkin planlar üzərində siyasət qurmamaq və sairə bu kimi ədalətli siyasət həyata keçirmək bacarıqları yoxdur və bu hakimiyyətin, bu komandanın tərkibində yuxarıda qeyd etdiyim ölçülər nisbətində siyasət quran heç bir belə siyasət adamı da yoxdur və bu səbəbdən sözün həqiqi mənasında hər kəsə qarşı qərəz və kin üzərindən yürüdülən siyasət nəticəsində, Rusiya bütün dost və qardaş hesab olunan xalqlar və dövlətləri ölkə mətbuatında və yürüdülən təkəbbürlü siyasət nəticəsində, hər kəs düşmən elan edildi və nəticədə dost hesab edilən ölkə belə qalmadı. Əlbəttə ki belə dövlət idarəçiliyi qəbul edilməzdir. Xüsusilə də xarici siyasət çox önəmlidir və Rusiya kimi böyük bir dövlətin telekanalları sağa-sola kin və düşmənçilik nümayiş etdirmədən keçə bilmirsə, ölkənin əksəriyyət siyasət adamları öz dırnaqarası vətənpərvərliklərini belə yalan və uydurma, populist bəyanatların tərkibində asanlıqla gizlədərək həyata keçirə bilirlərsə və sonda ölkə və vətəndaşları ilk növbədə və daha sonra hakimiyyət bu keyfiyyətsiz təbliğatın güdazına getməyə məhkumdur. Təyyarə hadisəsinin ardınca Rusiyada yaşayan azərbaycanlılara qarşı genişmiqyaslı yoxlamalar, təsir və təzyiq mexanizmlərindən istifadə cəhdləri və ümumiyyətlə, soydaşlarımızın Rusiya üçün bu illər ərzində, xüsusilə də sanksiyalar dövründə nə qədər faydalı olduğunu bildikləri halda və belə ölkə üçün kritik zamanda hədəf seçilməsi, bunu edənlərin nə qədər dərrakəsiz olduqlarının çılpağlığı ilə görünməsinə rəğmən, Rusiyada bu soydaşlarımıza qarşı həyata keçirildi. Döyülərək öldürülənlər və etnik zəmində sifarişlə həbs olunanlar oldu. Bütün bu son vaxtlar baş verənlər fonunda Azərbaycan hökuməti tərəfindən Rusiyaya qarşı soyuqqanlı və təmkinli siyasət aparıldı və cavablar verildi. Beynəlxalq hüquqa istinad olunaraq atılan addımlar Rusiya tərəfindən yenə də qeyri-etik şəkildə qəbul olunaraq, Rusiyanın teleməkanlarında ölkəmizə qarşı hədə və təzyiq dili ilə kompaniyaya start verildi. Anormal və səviyyəsiz siyasət adamları və ekspertlərin yalan və uydurma populist çıxışları ölkəmizə qarşı yenidən başladı. Əlbəttə ki, cənab İlham Əliyevin Rusiya ilə bağlı bütün bəyanatları haqlı olaraq və çox təsiredici məqamları özündə əks etdirirdi. Bu səbəbdən onların sözü olmadığı üçün, Azərbaycan Prezidentinin bəyanatlarında öz əksini tapan arqumentlər və həqiqətlər tam hədəfə isabət etdiyi açıq və net olaraq onların simasında öz əksini tapdı. Azərbaycan Türkiyəyə və Qərbə inteqrasiya edir və bu Azərbaycana istər siyasi, istər iqtisadi baxımdan təhlükəsizlik məsələlərində vacibdir. Rusiyanın Ukraynada Azərbaycanın enerji obyektlərinə qarşı hərbi müdaxiləsi həmçinin Rusiyanın geosiyasi maraqlarından doğur və Rusiya Azərbaycanı enerji bazarında özünə rəqib olaraq görür. Bundan sonra da Rusiyanın bu kimi hibrid müdaxilələri, müharibənin davam etdiyi ərazilərdə baş vermə ehtimalı var. Yəni, Azərbaycanın enerji layihələri Rusiya tərəfindən hədəf seçilməsi bu səbəbdən də mümkündür. Yenidən Ermənistan kartından və yaxud da İranla yaxınlaşmalar vasitəsilə və yaxud da separatizmi körükləyən amillərdən istifadə etməklə Rusiyanın çirkin planları gözləniləndir. Amma, bu da bir faktdır ki, Rusiya nə əvvəlki Rusiyadır, Azərbaycan da nə əvvəlki Azərbaycandır. Münasibətlər kimi şərtlər də dəyişib. Rusiyanın zəifləməsi fonunda Azərbaycan daha çox güc qazanıb”.

Politoloq qeyd edib ki, Azərbaycan dünyanın dörd bir yanında dost ölkələr tapmaqdadır və yeni əlaqələrin qurulması istiqamətində əhəmiyyətli işlərə imza atır. Rusiyanın məhz bu səbəbdən də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi ehtimalı var. Moskvanın Azərbaycana qarşı birbaşa təsir mexanizmi və yaxud da hərbi müdaxiləsi real görünmür. Çünki, qeyd etdiyim kimi, Cənubi Qafqazda və ümumiyyətlə dünyada reallıqlar dəyişdi və rəsmi Moskva Azərbaycana qarşı dirnaqarası siyasətçiləri və ekspertlərinin iddia etdiyi kimi deyil. Azərbaycanın yanında müasir dövrün tələblərinə uyğun şəkildə cavab verən Türkiyə silahlı qüvvələri və strateji əlaqələrə malik Avropa ölkələri var. Bu yaxınlarda Vaşinqtonda üçtərəfli görüş, deməyə əsas verir ki, ABŞ Azərbaycana qarşı çox diqqətli davranır və bu davranış təsadüfi deyil. Türkiyə və digər Avropa ölkələrində olan dost ölkələr, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ABŞ-ın mövqeyini ölkəmizə qarşı xoşməramlı olaraq dəyişməyi bacardılar. Bütün bunlar reallıqdır və bu siyasətin hələ davamı var. Rusiyanın narahatçılığını bu səbəbdən anlamaq çətin deyil və inanmaq lazımdır ki, yaxın gələcəkdə Rusiya da bu reallığı qəbul etmək məcburiyyətindədir: “Rusiyanın taleyi əslində Ukrayna müharibəsindən asılıdır, desək yanılmarıq. Bu səbəbdən Rusiya Ukrayna bataqlığında boğülmağa məhkumdur. Yəni, ağılsız siyasət Rusiyanı çixılmaz dalana dirəyib və ölkə bunun nəticəsində tükənməkdədir. Hələki Rusiyanın siyasi hakimiyyətində ümid və arzularla yaşayanlar var. Bu da onlara qonşu ölkələrə qarşı aqressivlik nümayiş etdirməkdən çəkindirmir. Bu səbəbdən Rusiya Ukraynada irəlilədiyi zaman və yaxud da təşəbbüsü ələ aldıqda, keçir hər kəslə təzyiq üsuluna və bu da onun balanslı siyasət aparmasına imkan vermir. Azərbaycan isə, hər şeyə rəğmən bütün situasiyalarda istər Rusiya ilə, istərsə də Qərblə balanslı siyasət aparır və bunun nəticəsidir ki, Rusiyanın aqressiv siyasətinə qarşı, Azərbaycan özünə qarşı hər hansı bir aqressivlik göstərməsinə imkan yeri saxlamır və bu şansı ona vermir. Ukraynada Azərbaycanın enerji obyektlərinə qarşı Rusiyanın hədəf alması digər tərəfdən Azərbaycanın Qərbdə olan enerji layihələri tərəfdaşlarına və yaxud da qardaş Türkiyəyə qarşı mesaj olaraq da istifadə etdiyini qeyd etmək olar. Ümumiyyətlə, Rusiyanın belə mesajları istisna deyil və bu səbəbdən Azərbaycan da bu mesajlardan dolayı hədəf seçilə bilər. Misal olaraq, TANAP/TAP Avropa ölkələrinə enerji təchizatında, Cənub Qaz Dəhlizinə alternativdir və Rusiya bunu heç vaxt qəbul etməz. Bu səbəbdən Rusiyanın maneələri labüddür və Rusiya belə şeyləri sevir. Azərbaycanın enerji layihələrində ixracı və digər rolu artdıqca Rusiyanın da bu istiqamətdə Azərbaycana qarşı maneələri artacaq və Ukraynada baş verən enerji obyektlərimizə olan terror aktı ehtimalını artırır. Odur ki, Zəngəzur dəhlizi layihəsinin ABŞ-a verilməsi ilə bağlı Rusiyanın Azərbaycan və Ermənistanın siyasi iradəsi qarşısında sərgilədiyi mövqesizlik və susqunluğu, artıq Rusiyanın aglını başına gətirəcək hadisədir. Rusiya böyük səhvlər etdiyini anlamaq məcburiyyətindədir və xüsusi ilə də Azərbaycana qarşı yürütdüyü siyasətində yol verdiyi səhvlər ona çox böyük imkanları məhdudlaşdırdı. Bununla paralel Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi demək olar ki, imzalanıb. Bundan sonra Rusiyanın burda heç bir halda mövcudluğu mümkün görünmür və Rusiya dövrü Cənubi Qafqazda bitib”.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Avqust 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see164

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see150

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see147

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see129

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see127

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb

19 Avqust 2025 11:22see126

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see126

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see125

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see125

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see124

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see120

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see120

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see118

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see117

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see117

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see117

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see116

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri