Rusiya dronları Moldovada! Rumıniya müdafiəyə keçdi! Səfir nazirliyə çağırıldı
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının dronlarının Moldovanın hava məkanının sərhədlərini pozması ilə əlaqədar fevralın 13-də Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Fevralın 13-nə keçən gecə Rusiyanın Ukraynaya kütləvi PUA hücumu zamanı dronlardan bir neçəsi Moldova ərazisinə keçib, onlardan biri partlayıb. Xəsarət alan olmayıb.
Nazirliyin açıqlamasında Moldovanın öz hava məkanının RF dronları tərəfindən pozulmasına etiraz bildirildiyi və qarşı tərəfdən izahat tələb edildiyi bildirilir.
Moldova Prezidenti Mayya Sandu insidentlə əlaqədar deyib: "Moldova heç kimə hücum etməyib... Bizim Konstitusiyada qeyd edilmiş neytrallığımız car. Moldova Respublikası həmişə sülh üçün çalışıb. Lakin Rusiyanın dronları və bombaları bizim kəndlərə düşərək partlayır. Onlardan müdafiə imkanlarımızın olmadığını etiraf etməliyik".
Rusiyanın Ukraynanın sərhədyanı bölgələrinə kütləvi hücumları ilə əlaqədar Rumıniya öz qırıcılarını havaya qaldırıb.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















