Icma.az
close
up
RU
Rusiya dünyadan təcrid olunma təhlükəsi ilə üzləşib

Rusiya dünyadan təcrid olunma təhlükəsi ilə üzləşib

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"ABŞ Prezidenti Donald Trampın Rusiyaya sülh və yaxud da atəşkəs üçün verdiyi möhlət 8 avqustda yekunlaşacaq. Amerika Birləşmiş Ştatlarının rəsmi dairələri Rusiyanı gözləyən sanksiyalar barədə də məlumat veriblər".

Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Amerikanın Rusiyaya Ukrayna ilə atəşkəs əldə etməsi üçün verdiyi möhlətdən danışarkən bildirdi.

"Ağ Evdən verilən xəbərdarlıqda bildirilir ki, əgər 8-ə qədər Rusiya Ukrayna ilə sülh anlaşması əldə edə bilməzsə Rusiyaya qarşı dağıdıcı sanksiyalar tətbiq olunacaq. Rusiya iqtisadiyyatı demək olar ki, dünya iqtisadiyyatından təcrid ediləcək. Yəni, bankları da dünya bank sistemindən, maliyyə sistemindən kənarlaşdırılacaq. Eyni zamanda Rusiya ilə iqtisadi-ticari münasibətləri olan dövlətlərə qarşı da sanksiyalar tətbiq olunacaq. Yəni Rusiyadan enerji resursları idxal eləyən dövlətlər ABŞ-nin sanksiyalarına məruz qalacaq və belə olan təqdirdə də Rusiyadan enerji resursları almaqdan çəkinəcəklər".

Onun sözlərinə görə, Rusiya üçün ciddi problemlər yarana bilər.

"Rusiya dünyadan təcrid olunma təhlükəsi ilə üzləşib. Eyni zamanda buna paralel olaraq, həm də Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardımları artırmaq niyyətində olduğunu da bəyan edib. Belə ehtimal olunur ki, Amerika Birləşmiş Ştatları avqustun 8-dən sonra Ukraynaya ən müasir hücum silahları verəcək və həmin silahların sayəsində Rusiyanın dərinliklərinə zərbə endirilməsi nəzərdə tutulur. Ağ Evdə hesab edirlər ki, Rusiyanı danışıqlar masasına oturtmaq üçün Rusiyanın daxilində savaşın təsirlərinin hiss olunması lazımdır. Rusiyanı məhz belə ağır iqtisadi və hərbi addımlar, radikal addımlar sayəsində sülh masası arxasında oturmağa məcbur etmək olar. Yəni, bu baxımdan tamamilə mümkündür ki, 8 avqustdan sonra Rusiya üçün ciddi problemlərin yaranma mərhələsi başlaya bilər", - deyə E.Xalidbəyli vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Avqust 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri