Icma.az
close
up
RU
Rusiya elçi göndərib Paşinyandan nə istənilir?

Rusiya elçi göndərib Paşinyandan nə istənilir?

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana 2 günlük səfərə  gedib. Səfər çərçivəsində S.Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq. Onun ölkənin Baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçaturyanla da görüşəcəyi bildirilir. Qeyd edək ki, S.Lavrov bundan əvvəl İrəvana 2022-ci ilin iyun ayında səfər etmişdi. 

Maraqlıdır, Rusiya indiki məqamda Ermənistandan nə istəyir? Ermənistan Qərbyönlü siyasətini davam etdirəcəkmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, hazırda çox ciddi proseslər gedir. Belə ki, ard-arda Mirzoyan və Lavrov ciddi açıqlamalar veriblər.

Onun sözlərinə görə, Ermənistan son zamanlar Rusiyaya qarşı mövqeyini yumşaldıb, əvvəlki kimi radikal deyil. Burada üç məqam var:

“Belə ki, ABŞ-Rusiya münasibətlərinin normallaşması Ermənistanı narahat edir. Həmçinin Ermənistan düşünür ki, Rusiya Ukraynadakı müharibədən qalib ayrılacaq, ABŞ-Avropa arasındakı gərginlik də Avropanı zəfilədir və Ermənistan Avropanın ipi ilə quyuya enməli olmadığını yaxşı bilir. Bu hadisələr fonunda Ermənistan “ev”inə qayıdır”. 

K.Novruzov qeyd edib ki, Ermənistanın Qərblə münasibətində tarazlığı qoruması çətindir:


“Ermənistanın bundan sonra Qərbyönümlü siyasətini davam etdirməsi çətin olacaq. Digər tərəfdən, Qərbdən tam uzaqlaşa da bilməyəcək çünki 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən bəri Ermənistan ilbəil ciddi şəkildə siyasi, iqtisadi və hərbi baxımdan Qərbdən asılı vəziyyətə düşüb. Birdən-birə bunlardan imtina etsə, bu, Ermənistana baha başa gələcək. Ermənistanın işi getdikcə çətinləşir. Ermənistan hazırda ipin üzərində gəzən kəndirbaz kimidir, balansı qorumağa çalışır. Hələlik bunu bacarır, lakin sonsuz qədər edə bilməsi çətin məsələdir”. 


Siyasi şərhçi nəzərə çatdırıb ki, Ermənistan öz mənafeyinə görə Rusiya-Ukrayna müharibəsinin bitməsini istəmir:

“Rusiya-Ukrayna müharibəsi bitəndən sonra ya Rusiya Ermənistanı cəzalandıra bilər: Bu, hərbi müdaxilə və ya Paşinyanın devrilməsi ilə olacaq. Digər variant Rusiya-Ermənistan münasibətlərinin əvvəlki kimi inkişaf etməyə başlamasıdır. Buna görə də Ermənistan Rusiya-Ukrayna müharibəsinin bitməsini istəmir. Bundan sonrakı proseslər isə daha çox Paşinyanın atdığı addımlardan asılıdır”. 

Firuzə Əliyeva
Sfera.az 

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri