Rusiya əleyhinə yeni sanksiyalar paketi yaxın günlərdə razılaşdırıla bilər
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Fransa Rusiya əleyhinə Avropa İttifaqının 18-ci sanksiyalar paketinin yaxın günlərdə razılaşdırılacağını güman edir.
APA xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "LCI" telekanalına açıqlamasında bildirib.
“Müzakirələr artıq yekun mərhələyə çatıb. Bu səbəbdən yeni sanksiyalar paketinin yaxın günlərdə razılaşdırılacağı gözlənilir”, – deyə Barro qeyd edib.
Nazir əlavə edib ki, Avropa bu məsələdə ABŞ senatorları ilə də koordinasiyalı şəkildə çalışır.

Rusiya əleyhinə sanksiyalar davam edəcək
21 Yanvar 2025 08:23
Yeni Zelandiya Rusiya əleyhinə yeni sanksiyalar paketini açıqlayıb
24 Fevral 2025 03:09
AI nin Rusiya əleyhinə 18 ci sanksiyalar paketi qüvvəyə mindi
19 İyul 2025 06:07
Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı
13 Avqust 2025 19:27

