Icma.az
close
up
RU
“Rusiya Ermənistan münasibətlərində gərginlik daha da dərinləşə bilər” ŞƏRH

“Rusiya Ermənistan münasibətlərində gərginlik daha da dərinləşə bilər” ŞƏRH

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Rusiya ilə Ermənistan arasında münasibətlərdə ciddi ziddiyyətlər və gərginliklər kəskinləşir. Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir və bu səfər çərçivəsində onun Vladimir Putinlə görüşü nəzərdə tutulur. Hesab edirəm ki, görüşdə əsas müzakirə mövzularından biri Ermənistanın xarici siyasət oriyentasiyası, xüsusilə Avropa İttifaqı ilə inteqrasiya məsələsi və Ermənistanın Avrasiya İqtisadi İttifaqında gələcək statusu olacaq”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib:

“Tərəflər arasında bu məsələlərlə bağlı hər hansı ciddi razılaşmanın əldə olunması çətin görünür. Əksinə, Moskva İrəvanın Avropa İttifaqına inteqrasiya kursundan narazılığını daha açıq şəkildə ifadə edə və Ermənistana qarşı iqtisadi təzyiq mexanizmlərindən istifadə edə bilər. Bu çərçivədə Rusiyanın Ermənistana tətbiq etdiyi müəyyən iqtisadi və gömrük güzəştlərini məhdudlaşdırması və ya ləğv etməsi ehtimalı da gündəmə gələ bilər.

Digər tərəfdən, İran da Ermənistanın ərazisində həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı öz narahatlığını ifadə edir. Xüsusilə ABŞ hərbçilərinin və ya digər üçüncü ölkələrin hərbi kontingentinin Ermənistan ərazisində yerləşdirilməsinin İranın milli təhlükəsizliyi baxımından təhdid yarada biləcəyi barədə Tehranın mövqeyi məlumdur. Bu baxımdan, İranın mesajlarını Rusiya-Ermənistan münasibətlərindəki proseslərdən ayrı qiymətləndirmək çətindir.

Göründüyü kimi, Rusiya və İranın Ermənistanla bağlı bəzi məsələlərdə maraqları üst-üstə düşür və onların müəyyən istiqamətlərdə koordinasiyalı siyasət yürütməsi ehtimalı mövcuddur. Buna görə də Moskva görüşündə Ermənistan ərazisində həyata keçirilən regional layihələr, xarici hərbi qüvvələrin mümkün iştirakı və təhlükəsizlik məsələlərinin də müzakirə olunması mümkündür.

Bundan əlavə, görüşdə Rusiyanın Ermənistandakı hərbi mövcudluğu, o cümlədən Gümrüdəki 102-ci hərbi baza ilə bağlı məsələlərin də gündəmə gələcəyi gözlənilir. Bu məsələ Rusiya-Ermənistan münasibətlərinin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır.

Paşinyanın mövqeyinə gəldikdə isə, Ermənistan hökuməti Rusiya ilə münasibətlərdə siyasi və iqtisadi balansı qorumağa çalışır. İrəvan hesab edir ki, Rusiya ilə münasibətlərin müəyyən səviyyədə saxlanılması Ermənistanın müstəqil xarici siyasət yürütmək imkanlarını məhdudlaşdırmır, əksinə, onun manevr imkanlarını genişləndirə bilər.

Eyni zamanda, Avropa İttifaqının Ermənistana iqtisadi və digər istiqamətlərdə dəstəyini artırması İrəvanın qarşısında alternativ imkanlar yaradır. Bu səbəbdən Moskva ilə İrəvan arasında fikir ayrılıqlarının yaxın perspektivdə tam aradan qalxması real görünmür.

Putin-Paşinyan görüşünü Rusiya-Ermənistan münasibətlərində yekun qırılma nöqtəsi kimi deyil, mövcud ziddiyyətlərin daha da dərinləşdiyini göstərən mühüm mərhələ kimi qiymətləndirmək daha doğru olar. Əgər tərəflər strateji məsələlər üzrə ortaq mövqe formalaşdıra bilməsələr, bu, iki ölkə arasındakı siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərində yeni gərginlik mərhələsinin başlanmasına gətirib çıxara bilər”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Sentyabr 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri