Rusiya Ermənistandan gül idxalına qadağa qoydu
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya Ermənistandan gül idxalına qadağa qoyub.
AzPost bildirir ki, bu qərar İrəvanda ciddi reaksiya doğurub. Moskva erməni tərəfi ilə razılığa gəlməkdən imtina edir.
Ermənistanda hesab edirlər ki, Rusiya Avrasiya İqtisadi İttifaqının Gömrük Birliyinin nizamnaməsini kobud şəkildə məhəl qoymayıb və bazarını Gİ üzvü olan ölkənin üzünə bağlayıb.
İrəvan bunu “iqtisadi terror” adlandırıb. Çünki çiçəklər uzun müddət saxlanıla bilməyən bir məhsuldur. Ermənistan hökuməti iş adamlarına subsidiya şəklində külli miqdarda vəsait ayırıb, iş adamları bu biznesə sərmayə yatırıb. Hazırda iş adamları iflas təhlükəsi ilə üz-üzədirlər.
Ermənistan bu addımı siyasi təzyiq hesab edir.
Gül biznesi ilə məşğul olan sahibkarlar məhsullarını məhv etməyə başlayıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 10 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















