Rusiya Ermənistanı HƏDƏLƏDİ: Avrasiya İqtisadi İttifaqından çıxsa...
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ermənistanın Avrasiya İqtisadi İttifaqı ( Aİİ ) ilə əlaqələri kəsilərsə, enerji və ərzaq qiymətləri əhəmiyyətli dərəcədə artacaq, Ermənistan mallarının ixracı isə 70-80% azalacaq".
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.
O qeyd edib ki, Ermənistan Aİİ ilə əməkdaşlığa son qoysa, bu, yerli sakinlərin əsas malların qiymətlərinin artması, iş yerlərinin itirilməsi və gəlirlərinin azalması ilə üzləşməsinə gətirib çıxaracaq.
“Kompensasiya olaraq onlar vizasız giriş əldə edə bilər, Ermənistan isə əhalinin azalması problemi ilə üzləşə bilər”, - o əlavə edib.
Overçuk vurğulayıb ki, Rusiya Ermənistanda Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsinin müzakirəsini ölkənin Aİİ-dən çıxması istiqamətində ilk addım hesab edir.
Yanvarın 9-da Ermənistan Nazirlər Kabineti Avropa İttifaqına üzvlük prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləyib.
Baş nazir Nikol Paşinyanın izah edib ki, bu məsələ ilə bağlı qərar yalnız referendum yolu ilə verilə bilər.
Hüseyn İbadlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Yanvar 2025 23:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















