Rusiya Ermənistanın daxili işlərinə qarışmaq istəmir
Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Moskva Ermənistanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın işini izləyir”.
Missiya.Az “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsi zamanı deyib.
"Əlbəttə, biz hadisələri izləyirik. Bizim üçün o, Rusiya vətəndaşıdır. Biz Ermənistanın daxili işlərinə qarışmaq istəmirik, lakin biz, təbii ki, Rusiya vətəndaşı ilə bağlı hər şeyi çox diqqətlə izləyirik", - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, “Taşir” Şirkətlər Qrupunun təsisçisi Samvel Karapetyan iki aylıq müddətinə həbs edilib. Onun barəsində hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etmə maddəsi ilə cinayət işi başlanıb.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 İyun 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















