Rusiya Ermənistanın qazını kəsdi
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya Ermənistana qaz nəqlini müvəqqəti dayandırdı
Rusiyadan Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” şirkəti məlumat yayıb.
Şirkət qeyd edib ki, Gürcüstan ərazisində Şimali Qafqaz - Transqafqaz tranzit qaz kəmərinin Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan noyabrın 14-ü saat 22:00-dək qaz təchizatı dayandırılır.
Şirkətdən bildirilib ki, bu müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikada istehlakçıların fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz təmin ediləcək.

Rusiya Avropanın qazını kəsdi FOTO
02 Yanvar 2025 15:35
Qaluzin: “Rusiya Ermənistanın təhlükəsizliyinin qarantıdır”
29 Noyabr 2024 15:15
Seçim Ermənistanın əlindədir Rusiya XİN
03 Aprel 2025 09:46
Rusiya Ermənistanın KTMTya borcu olduğunu deyir
06 Dekabr 2024 11:18
“Bu, Ermənistanın qeyridost addımıdır” Rusiya XİN
18 Dekabr 2024 13:16

