Rusiya Ermənistanın seçiminə hörmətlə yanaşacaq: Lavrov
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Rusiya Ermənistanın suveren və özünü təmin edən bir ölkə olmasında maraqlıdır. Biz dəfələrlə Ermənistanın öz suveren seçiminin olduğunu bildirmişik".
Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Moskva Qərbdən Rusiyanın Ermənistanda keçiriləcək parlament seçkilərinə mümkün müdaxiləsi ilə bağlı siqnallar eşitməkdən təəccüblənir:
Lavrov deyib ki, Rusiya Cənubi Qafqazdakı çətin vəziyyətə baxmayaraq, Ermənistanı müttəfiq və strateji tərəfdaş kimi görür:
"Ermənistan bizim müttəfiqimizdir, strateji tərəfdaşımızdır. Cənubi Qafqazdakı vəziyyətin nə qədər çətin olduğunu görürük".
Lavrov qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əvvəllər əldə edilmiş üçtərəfli razılaşmalar aktuallığını qoruyub saxlayır və Cənubi Qafqazdakı bütün iqtisadi, nəqliyyat və logistika problemlərini həll etməyə imkan verir:
"Bütün regionun vahid bir qurum kimi normal fəaliyyətinə mane olan bütün maneələr aradan qaldırılmalıdır. Biz buna hazırıq".
Lavrov onu da deyib ki, Rusiya Ermənistanın seçiminə tam hörmətlə yanaşacaq.
Anar
Bu mövzuda digər xəbərlər:Rusiya XİN: Azərbaycan və Ermənistanın vasitəçiliyimiz olmadan birbaşa dialoq aparmaq seçiminə hörmətlə yanaşırıq
24 İyul 2025 14:26
Lavrov: “Rusiya Ermənistanın müdafiəsinin təmininə yardım etməyə hazırdır”
21 May 2025 15:45
Lavrov: Bu Ermənistanın xeyrinə olmayacaq
30 İyun 2025 15:23
Lavrov İrəvanda Paşinyana ultimatum verib: Rusiya Ermənistanın “kupça”sını istəyir
21 May 2025 21:57
Lavrov: Rusiya Ermənistanın Aİ üzvlüyünə hazırlıq prosesini maliyyələşdirmək niyyətində deyil
16 Sentyabr 2026 18:05
Baxış sayı:181
Bu xəbər 05 Fevral 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















