Icma.az
close
up
RU
Rusiya Əsədi daha baha qiymətə satacaq, lakin Colaninin tək istəyi... MÖVQE

Rusiya Əsədi daha baha qiymətə satacaq, lakin Colaninin tək istəyi... MÖVQE

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Suriyanın yeni höküməti Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfəri zamanı Suriya lideri Əhməd əl-Şara ilə görüşüb. Danışıqlar zamanı Əhməd əl-Şaraa Rusiyadan keçmiş prezident Bəşər Əsədi yerli hakimiyyətə təhvil verməyi tələb edib.

Maraqlıdır, Rusiya Bəşər Əsədi yeni hökumətə təhvil verəcəkmi? Bu məsələdə hansı şərtlər irəli sürülə bilər?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, indiki vəziyyətdə Bəşər Əsədin Suriyaya təhvil verilməsi mümkün deyil:

“Çünki bu, danışıqlar prosesidir və bir görüşlə məsələ həll edilə bilməz. Ancaq konkret olaraq, Rusiyanın Əsədi təhvil verməsi məsələsi əlbəttə, inandırıcıdır. Rusiya bütün zamanlarda öz müttəfiqlərini özünün geosiyasi maraqlarına satıb və bundan sonra da belə olacaq. Bu baxımdan, “daha baha qiymətə satmaq” üçün Rusiya bazarlıqları davam etdirəcək. Düşünürəm ki, Suriyanın yeni hakimiyyətinin Rusiyadan istəyi sadəcə bununla məhdudlaşmayacaq. Rəsmi Moskva Suriyaya böyük zərbə vurub, bunlar isə təkcə şəhərlərin və kəndlərin dağılması ilə bağlı deyil. Bilirsiniz ki, bir çox şəhərlər, o cümlədən Suriyanın qəlbi olan Hələbdə də Rusiya bombardmançıları daş üstə daş qoymamışdı. Bütün bunlardan da artıq, Rusiya bir dövlət olaraq Suriya xalqının qəlbində bir işğalçı, zalım kimi iz buraxıb. Bunu müsbət məcrada dəyişmək isə sıradan və qısa müddətdə mümkün olan iş deyil. Həmçinin burada maddi təzminatdan da söhbət gedir. Doğrudur, bu təzminat Suriya xalqının yaralarına məlhəm olmayacaq, çünki orada Rusiyanın hücumlarına görə zərər çəkməyən bir ailə belə qalmayıb. Rusiya və İran şər qüvvəsi kimi ağıllarda kök salıb. Ona görə də məsələləri bir danışıqla həll etmək çətindir”.

Müsahibimiz qeyd etdi ki, dağılmış şəhərlərin, kəndlərin yenidən inşa edilməsi kimi məsələlərdə Rusiyanın üzərinə öhdəlik kimi qoyula bilər:

“Eyni zamanda ölən ailələrin sayına görə maddi təzminat şərtinin irəli sürülməsi də mümkündür. Yalnız bunlardan sonra müəyyən zaman çərçivəsində Suriya ola bilsin ki, Rusiya ilə yenidən Tartus dəniz limanının gələcək fəaliyyəti ilə bağlı razılaşar. Hər bir halda qeyd etdiyim məsələ hələ də birmənalı həll olunmayıb və açıq olaraq qalır. Bir tərəfdə Qərb Suriyaya təzyiq edir ki, Rusiya bir daha Aralıq dənizi sahillərində hərbi baza olaraq fəaliyyət göstərməsin. Başqa bir tərəfdən Suriyanın yeni hökumətinin konkret tələbləri var. Suriya hələ yaralarını sarıyır, beynəlxalq səviyyədə legitimlik qazanmaq istəyir, bu baxımdan bütün güc mərkəzlərinin siyasi iradəsi, tələblərini nəzərə almaq məcburiyyətindədir. Bu görə də Rusiya-Suriya hökuməti tələsməyəcək. Ən azı ayaqda dura bilmək üçün tədricən münasibətləri tənzimləyəcək. Eyni zamanda Suriyanın bütövləşdirilməsi istiqamətində konkret addımlar atılacaq, bu, Suriyanın güclənməsi üçün olmazsa-olmaz bir şərtdir. O vaxta qədər də, müxtəlif zamanlarda danışıqlar olacaq, Rusiya buna çalışacaq. Ancaq bunu qısa müddətdə gözləmək əbəsdir. Rusiyanın da dərhal Suriyanın istəklərinə cavab verə biləcəyi ehtimalı da böyük deyil. Lakin perspektivdə gözlənilir”.

Günay Rəsulqızı
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sfera.az
archiveBu xəbər 30 Yanvar 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri