Rusiya əsgərləri azyaşlı qızdan sipər kimi istifadə edib ailəsini GÜLLƏLƏDİ
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukraynanın Donetsk vilayətinin Şandriqolovo qəsəbəsində rusiyalı hərbçilər bir mülki ailəni güllələyib və azyaşlı qızı ələ keçiriblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiya əsgərləri uşağı hücum qruplarının irəliləməsi üçün “canlı sipər” kimi istifadə ediblər.
Dərc olunan radiomüşahidə məlumatlarına əsasən, “Bali” çağırış adı ilə tanınan Rusiya qüvvələrinin komandiri hücum başlamazdan əvvəl guya mülki şəxslərin, o cümlədən uşaqların məhv edilməsi barədə əmr verib. Ukrayna tərəfi bu hərəkətləri hərbi cinayət kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti humanitar hüququn pozulması faktlarına diqqət yetirməyə çağırır.
Bu mövzuda digər xəbərlər:Şimali Koreya əsgərləri Kurskda çeçen hərbçiləri güllələdi
16 Dekabr 2024 09:49
İsrail əsgərləri daş atan 3 uşağı güllələdi, amerikalı öldü
07 Aprel 2025 14:43
Rusiya əsgərləri Suriyada İŞİDlilərin paltarlarından istifadə edirmiş
08 Dekabr 2024 09:45
Ailəsini güllələdi, arvadı və əmisi öldü
01 Noyabr 2025 18:05
Rusiya əsgərləri: “Bizi ot kimi biçirlər”
23 Noyabr 2024 12:02
Baxış sayı:36
Bu xəbər 24 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















