Rusiya gəmisi Aralıq Dənizində qəzaya uğradı: İtkin düşənlər var
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya diplomatik xidmətinin məlumatına görə, iki ekipaj üzvü itkin düşüb.
Turkustan.az xəbər verir ki, Rusiyanın “Ursa Major” yük daşıyıcısı mühərrik otağında baş verən partlayışdan sonra batıb. 14 nəfər xilas edilib, 2 nəfər itkin düşüb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Vəziyyət və Böhran Mərkəzinin Telegram-kanalında dərc olunan məlumatında deyilir .
Onlar qeyd ediblər ki, DSX-nin növbətçiliyi, Nəqliyyat Nazirliyinin Situasiya Mərkəzi və Rusiya xarici agentlikləri vəziyyəti nəzarətdə saxlayır.
Bundan əvvəl “El Español” qəzeti İspaniyanın Mursiya muxtar icması ilə Əlcəzair arasında beynəlxalq sularda Rusiya gəmisinin qəzaya uğradığını bildirib . Aydınlaşdırılır ki, gəmi təxminən iki həftə əvvəl Sankt-Peterburqdan çıxıb və yanvarın 22-də gəlməli olduğu Vladivostok limanına gedirmiş.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:146
Bu xəbər 24 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















