“Rusiya genişmiqyaslı hücum hazırlayır” ABŞ nəşri
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Rusiya strateji aviasiya bazalarına endirilmiş dron hücumlarına cavab olaraq Ukraynaya qarşı yeni genişmiqyaslı hücum hazırlayır.
Bu barədə “The New York Times” nəşri ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, ABŞ kəşfiyyatı hələlik Rusiyanın hansı istiqamətdə zərbələr endirəcəyini dəqiqləşdirməyib. Lakin ehtimallara görə, Moskva mülki obyektlərə pilotsuz uçuş aparatları ilə hücumları bərpa edə, enerji infrastrukturunu hədəfə ala və ya orta mənzilli ballistik raketlərlə yeni hücum dalğalarına başlaya bilər.
ABŞ və Avropa təhlükəsizlik qurumlarının ilkin hesablamalarına əsasən, Ukraynanın son dron hücumları nəticəsində təxminən 20 rus strateji təyyarəsi ya məhv edilib, ya da ciddi zədələnib. Bu isə Rusiyanın uzaq mənzilli zərbə imkanlarına ciddi zərbə vurub.
Məlumata görə, Rusiya itkilərinə 6 ədəd “Tu-95”, 4 ədəd “Tu-22M” strateji bombardmançı təyyarəsi və hava hücumundan müdafiə vasitələrinin aşkarlanması üçün istifadə olunan “A-50” radar təyyarələri daxildir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 03 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















