Rusiya genişmiqyaslı hücuma BAŞLADI Ukrayna bu vilayəti də itirə bilər...
Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hazırda dünyanın diqqətinin Yaxın Şərqə yönəldiyi bir zamanda Rusiya Ukraynada əvvəlki dövrlərlə müqayisədə daha sürətlə irəliləməyə başlayıb. Məlumatlara görə, artıq Rusiya ordusu Dnepropetrovsk vilayətinə daxil olub.
Prosesin gedişi belə deməyə əsas verir ki, artıq Ukraynanın gücü tükənmək üzrədir. Hətta Qərbin dəstəyi belə Ukraynanı xilas etmək gücündə deyil.
Bütün bunlar isə İsrail İran münaqişəsinin Rusiyanın xeyrinə işlədiyinə işarədir. Belə ki, həmin münaqişənin başlaması fonunda Qərbin Ukraynaya diqqəti istər-istəməz azalıb.
Ukraynanı nə gözləyir?
Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, Rusiya ordusunun Dneprpetrovsk, Qara dəniz sahilləri istiqamətində irəliləməsinə münbit imkan yaranıb:
“Ukraynanın “Hörümçək” əməliyyatından sonra Rusiya taktikanı dəyişməklə aktiv artilleriya imkanlarından istifadə edərək, önə keçmə marşurutlarında artıq elə şərait formalaşdırıb ki, quru qoşunları maneəsiz olaraq irəliləyir. Belədə bəlli olur ki, Rusiyanın cəbhə xəttində irəliləmə sürəti də kifayət qədər yüksəlir. Bu da ona Dneprpetrovsk, Qara dəniz sahilləri istiqamətində irəliləməyə imkan verir.
Belə vəziyyət gözlənilən idi, çünki Rusiyanın səfərbərlik imkanları kifayət qədər yüksəkdir. Strareji resursların bərpası da Rusiyada daha tez həyata keçirilir. Ukraynaya gəldikdə, ona sözdə dəstək verəcəklərini vəd edənlər çox olsa da, Kiyevin real dəstək alma imkanları kifayət qədər məhduddur”.
Bu əsasda həmsöhbətimiz düşünür ki, yaxın zamanlarda müharibədə dönüşün şahidi olacağıq:
“Rusiya ordusu daha böyük güclə irəliləyərək, daha böyük üstünlük əldə edəcək. Kiyev bu prosesin qarşısında duruş gətirməyəcək. O silah-sursat baxımından çatışmazlıqla üzləşir. Artıq Rusiyanın xeyrinə dönüş baş verir ki, o da bundan maksimal dərəcədə istifadə edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 İyun 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















