Icma.az
close
up
RU
Rusiya gizli planı açıqladı “Bölgə od tutub yanacaq” KONKRET

Rusiya gizli planı açıqladı “Bölgə od tutub yanacaq” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan hakimiyyətinin atdığı addımlar Zəngəzur dəhlizi məsələsini ağırlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın İarex.ru portalı yazır.

Sayt bildirir ki, Ermənistanın KTMT-dəki fəaliyyətini dondurması, Beynəlxalq Cinayətlər Məhkəməsinə üzv olması və qərbpərəst Baş nazir Nikol Paşinyanın Rusiyaya qarşı sərt bəyanatları İrəvan-Moskva əlaqələrini gərginləşdirib:

“Ermənistan Moskva ilə Qərb arasında mövqe tutmağa çalışır, hesab edir ki, öz maraqlarına uyğun olaraq, tərəflərin “oyun kartları” ilə oynaya biləcək. Ukrayna da təxminən 11 il əvvəl belə edirdi. Ermənistanla hərbi-texniki və digər əməkdaşlığı inkişaf etdirən Qərb onu Rusiya ilə qarşıdurma ssenarisinə aparır”.

Portal qeyd edir ki, Ermənistan Yaxın Şərqdən yaxınlaşan “sunami şoku” kontekstində də təhlükəli geosiyasi vəziyyətlə üzləşib:

“Bir çox erməni ekspert xəbərdarlıq edir ki, Yaxın Şərqdəki böhran sürətlə Ermənistanı cənginə ala bilər. Suriyada baş verənlər Ermənistan üçün həyəcan siqnalı olmalıdır. Türkiyə oradakı fəaliyyətini uğurla başa vursa, Zəngəzur dəhlizi problemi daha da ağırlaşacaq”.

Rusiya saytı iddia edir ki, Qərbdən Ermənistana “Xarici Hərbi Maliyyələşdirmə” (FMF) proqramı çərçivəsində maliyyə resurslarının verilməsi, qabaqcıl hərbi texnika və ən son texnologiyalara çıxışın asanlaşdırılması, ABŞ-la strateji əməkdaşlığın səviyyəsinin artırılması həm də Azərbaycanla müharibəyə hazırlıq çərçivəsində baş verir:

“Belə bir vəziyyətdə Qərb Gürcüstanda öz “oyun kartı”nı oynaya bilsə, Ermənistan Rusiya, Türkiyə, Azərbaycan və İranın geosiyasi dəyirmanına düşə bilər. O zaman bütün Cənubi Qafqaz od tutub yanacaq. Qərb Ermənistanda böyük oyun oynayır. Artıq bununla bağlı Rusiya Xarici Kəşfiyyat Xidməti xəbərdarlıq edib ki, Vaşinqton Ermənistanda qərbyönlü partiyaların 2026-cı ildə parlamentə daxil olması üçün hərəkətə keçib.

Məsələ budur ki, eyni vaxtda iki stulda oturmağa çalışan Paşinyana ABŞ tam etibar eləmir, buna görə də zamanla Moskvaya dönə bilər. “Gürcü Arzusu” Tbilisidə hakimiyyəti saxlayarsa, bunu istisna etmək olmaz, Ermənistanda böyük dəyişiklik başlayacaq”. /Teleqraf.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Dekabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see226

Mahmud Kaşqari Fondunun layihəsi əsasında çap olunan kitabların təqdimatı

19 İyul 2025 10:50see146

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see125

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see117

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see113

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see113

Türkiyə bu halda hərbi gücə baş vuracaq Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

18 İyul 2025 15:18see112

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see112

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see112

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see112

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see111

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see111

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see111

Sahil Babayev: Maliyyə Nazirliyindən “Yüksəliş”ə 66 nəfər qatılıb

18 İyul 2025 15:48see111

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see111

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see111

Tramp BRİKS in zəiflədiyindən danışdı

19 İyul 2025 11:50see110

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see110

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see108

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri