Icma.az
close
up
RU
Rusiya görsə ki, vəziyyət getdikcə pisləşir, ABŞ nin istədiyi şərtlərlə razılaşa bilər

Rusiya görsə ki, vəziyyət getdikcə pisləşir, ABŞ nin istədiyi şərtlərlə razılaşa bilər

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerikanın müdafiə naziri Pit Heqest bildirib ki, əgər Ukrayna müharibəsi başa çatmasa, ABŞ Rusiyaya qarşı lazımi tədbir görəcək.

ABŞ hansı tədbirləri görə bilər?

Redaktor.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyevin sözlərinə görə, Amerikanın Rusiyaya qarşı tətbiqləri əsasən iqtisadi sahədə özünü ehtiva edir:

"İqtisadi sanksiyaların qoyulması ilə proses davam etdirilir. Gələcəkdə ola bilər ki, müəyyən ölçüdə Rusiyaya qarşı hərbi addımlar atılsın. Məsələn, indi Ukraynaya silah tədarükü həyata keçirilir. Geniş əraziləri vurmaq iqtidarında olan silahların Ukraynaya verilməsi Rusiyaya qarşı çox böyük təzyiq kampaniyasıdır ki, Amerika Birləşmiş Ştatları hal-hazırda bunu icra edir. Əgər Rusiya dayanmasa, ABŞ kütləvi şəkildə Ukraynaya silah təminatını həyata keçirəcək. Ukraynanın elit bölmələrinə təlimlərin keçirilməsi də, zənnimcə, gündəmdə ola bilər".

Onun fikrincə, Ukraynanın xüsusi təyinatlılarının Qərb ölkələri tərəfindən yetişdirilməsi və onların məhz qərbə məxsus olan silahlarla təchiz edilərək rus qoşunlarının üzərinə göndərilməsi prosesi həyata keçirilə bilər:

"Çünki Donald Tramp hakimiyyətinin ilk illərində bu məsələdən bir qədər yan keçirdi və Ukraynanın öz ərazi bütövlüyünü heç vaxt bərpa edə bilməyəcəyini bildirirdi, bunu istisna edirdi. Artıq bu fikirləri səsləndirirdilər ki, Ukrayna öz torpaqlarını azad edə bilər. Bununla bağlı müəyyən fikirlər səsləndirilirdi. Əgər belə hadisələr baş verərsə, əlbəttə ki, Ukraynanın hücum əməliyyatına başlamaq üçün yetəri qədər resursu ola bilər. Hal-hazırda Qərb ölkələri bunu təmin etməyə çalışırlar. Rusiyanı əsas narahat edən məqam da məhz budur. Rusiya görsə ki, vəziyyət getdikcə pisləşir, müəyyən mərhələdən sonra Amerika Birləşmiş Ştatları ilə bu məsələləri tənzimləmək üçün danışıqlara başlaya və onun istədiyi şərtlərlə razılaşa bilər".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri