Icma.az
close
up
RU
Rusiya güc strukturları Solovyovu araşdırır: Panikaya düşüb

Rusiya güc strukturları Solovyovu araşdırır: Panikaya düşüb

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyada İstintaq Komitəsi təbliğatçı Vladimir Solovyovun şəxsi aktivləri ilə maraqlanmağa başlayıb. Bu, “Solovyov.Live” kanalı ilə bağlı xərclərin təhlilindən sonra üzə çıxıb. Qurum şübhələnir ki, layihənin saxlanılması üçün ayrılan vəsaitlərin bir hissəsi mənimsənilə bilər.

Ölkə.Az xəbər verir ki, bu barədə Rusiya güc strukturlarına yaxın “Razvetçik” Teleqram kanalı İstintaq Komitəsindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ilkin yoxlama zamanı Solovyovun Moskvada bir neçə “ofşor” şirkət vasitəsilə rəsmiləşdirilmiş daşınmaz əmlaka sahib olduğu müəyyən edilib. Bu obyektlərin ümumi dəyəri 340 milyon rublu (təxminən 3,7 milyon dollar) keçir. Hazırda İstintaq Komitəsi şirkətlər və kanalın maliyyə axınları arasındakı əlaqələri təhlil edir ki, mənimsəmə və gəlirlərin leqallaşdırılması ilə bağlı qanun pozuntularını müəyyən etsin.

Mənbənin sözlərinə görə, əgər yoxlama zamanı vəsaitlərin mənimsənilməsi ilə bağlı şübhələr təsdiqlənsə, istintaqçılar aşkar edilən bütün obyektlərə həbs qoyulması barədə məhkəməyə müraciət edəcəklər. Bu, istintaq başa çatana qədər əmlakın satılması və ya üçüncü şəxslərin adına keçirilməsinin qarşısını almağa imkan verəcək.

“Razvetçik” yazır ki, yüz milyonlarla rubl dəyərində daşınmaz əmlakının yoxlanmasına başlanıldıqdan sonra Vladimir Solovyov panikaya düşərək İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət edib.

İstintaqa yaxın insayderin sözlərinə görə, söhbət son dərəcə gərgin atmosferdə keçib və cəmi bir neçə dəqiqə davam edib. Bu zaman Solovyov Bastrıkini inandırmağa çalışıb ki, onun əməkdaşları səhv ediblər.

Bastrıkin isə cavabında bildirib ki, yoxlama tamamilə qanun çərçivəsində aparılır və şəxsi müraciətlər araşdırmanın gedişinə təsir etmir. “Bastrıkin son dərəcə açıq və sərt danışıb: heç bir güzəşt və arxa qapı yoxdur”, – deyə mənbə qeyd edib.

İnsayderin sözlərinə görə, Solovyov vəziyyəti anlaşılmazlıq kimi təqdim etməyə və özünü müdafiə etməyə çalışsa da, komitə rəhbəri uzun izahata girməyib. Gərginlik daha da artıb və bir anda Solovyov “Yaxşı, kömək etdiyiniz üçün sağ olun” deyərək dəstəyi yerə qoyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Sentyabr 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri