Icma.az
close
up
RU
Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaxtilə Azərbaycanın tanınmış dövlət xadimi Vəfa Quluzadə soydaşlarımızı təcavüzkar ölkə olan Rusiyanı tərk etməyə çağırış edəndə, cəmiyyətin əksəriyyəti bu xoş niyyətli tövsiyəni anlaşılmazlıqla qarşılayırdı.

“Camaat heç olmasa orada çörək pulu qazanır”, – deyən “ağıllılar” da tapılırdı.

KONKRET.az nocommentaz-a istinadən xəbər verir ki, Vəfa Quluzadə isə həmin çörəyin tezliklə”zəhrimara” çevriləcəyinə eyham vuraraq israrla azərbaycanlıları bizneslərini Rusiyadan çıxarmağa, vətənimizə, Avropaya və ya Türkiyəyə daşımağa çağırırdı. Həyat göstərdi ki, misilsiz azərbaycanlı olan Vəfa Quluzadə çox haqlı imiş.

Vəfa Quluzadə

İndiki rakursdan hadisələrə nəzər salanda Moskvada azərbaycanlı biznesmen Araz Ağalarovun sahib olduğu “Krokus Siti Holl”a 22 mart 2024-cü il tarixli “tacik” hücumunun da, Azərbaycan diasporuna qarşı həyata keçirilən davamlı basqıların da təsadüfən olmadığına bir daha əmin olursan.

Bu arada isə Rusiya hakimiyyəti Azərbaycan diasporunun tanınmış liderlərinə qarşı qeyri-qanuni hərəkətlərini davam etdirir.

Budəfəki hədəf Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri, qubernatorun müşaviri İslam Hüseynov olub. Vilayətdə fəallığı ilə fərqlənən, iki ölkə arasında münasibətlərin inkişafı naminə müxtəlif layihələr həyata keçirən diaspor lideri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb. Onun ölkədən deportasiya olunacağı gözlənilir.

Hüseynovun özü 73online nəşrinə açıqlamasında hadisəyə münasibət bildirməkdən imtina edib.

“Şərhsiz”, – deyə diaspor lideri cavab verib.

Azərbaycanın qədim şəhəri Gəncədə dünyaya gələn İslam Hüseynov son 20 ildə Ulyanovskda yaşayır. 56 yaşlı həmyerlimiz 2005-ci ildən Ukyanovskdakı diaspora rəhbərlik edir.

Hüseynovun təşəbbüsü ilə Ulyanovskda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin abidəsinin açılışı olub, onun şərəfinə meydan salınıb. Bu, Rusiyada Heydər Əliyevə ucaldılmış ilk abidə olub. Ulyanovsk şəhərindəki 78 nömrəli orta məktəbə də Heydər Əliyevin adı verilib. Diasporumuz bu addımları SSRİ rəhbərliyində çalışarkən Heydər Əliyevin qonşu dövlətin inkişafı naminə gördüyü işlərə diqqətin cəlb olunması naminə həyata keçirirdi. Diaspor lideri olaraq İslam Hüseynovun fəallıqla müxtəlif layihələri həyata keçirməsi onun 2022-ci ildə ictimai əsaslarla qubernator Aleksey Russkixin müşaviri təyin olunması ilə nəticələnmişdi. O, Azərbaycan dövlətinin “Tərəqqi”, Ulyanovsk vilayəti hökumətinin “Xalqlar Dostluğu” medalları ilə təltif olunmuşdu.

Amma İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılmış ilk diaspor lideri deyil. Artıq Rusiya paytaxtında fəaliyyət göstərmiş Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov, Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin rəhbəri olmuş Elşad İbrahimov da Rusiya vətəndaşlığından məhrum ediliblər.

2000-ci ildən Rusiya vətəndaşı olmuş Bəxtiyar Həsənov guya “qeyri-qanuni miqrasiya, saxta mallar və etnik münaqişələrin qızışdırılması” ilə əlaqəli olub. Elşad İbrahimova qarşı bu addım guya “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər etməsi” ilə izah edilib.

Yekaterinburqda isə diaspor rəhbəri Şahin Şıxlinski və oğlu həbsdədirlər.

Bu diaspor liderlərinin hər biri Rusiyada elm, mədəniyyət və incəsənət sahələri üzrə, eləcə də Azərbaycanın tarixi günlərinə həsr olunmuş müxtəlif layihələr, o cümlədən xeyriyyə tədbirləri həyata keçirirdi. Onların tədbirlərində daim yerli idarəetmə orqanlarının yüksək vəzifəli rəsmiləri iştirak edirdilər.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər kəskin şəkildə pisləşdi. Təyyarədə olan 67 nəfərdən 39-u, o cümlədən 16 rusiyalıdan yeddisi həlak oldu. Bakı Rusiyadan üzr istənilməsini, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını və təzminat ödənilməsini tələb etdi.

Münasibətlərdə yaranmış gərginlik fonunda Rusiya tərəfi üzr istəməkdənsə, Azərbaycan diasporuna qarşı misli görünməmiş hücuma keçdi.

Rusiya hüquq-mühafizə orqanlarının qəfildən yadına Yekaterinburqda 2001 – 2011-ci illər arasında törədilmiş bir sıra qətllər və adam öldürməyə cəhd məsələsi düşdü. Bu ilin yayında Yekaterinburqda azərbaycanlılara qarşı dəhşətli cinayət törədildi. İstintaq guya bu məsələdə ittiham olunan azərbaycanlı Səfərov qardaşlarına və digər soydaşlarımıza qarşı xüsusi vəhşiliklə əməliyyat keçirdilər. Qardaşlar həbs zamanı ağır işgəncələrə məruz qaldıqlarından dünyalarını dəyişdilər. İstintaq Komitəsi onlardan birinin ürək çatışmazlığından vəfat etdiyini desə də, Azərbaycan tərəfi bu faktlarla razılaşmadı, vətəndaşlarının öldürülməsi və işgəncələrə məruz qalması ilə bağlı cinayət işi açdı. Prezident İlham Əliyev bunu Azərbaycan xalqına qarşı “misli-görünməmiş akt” adlandırdı.

Azərbaycan dövləti, təbii ki, soydaşlarımıza qarşı törədilmiş cinayətlərə qarşı səssiz qalmadı. Bakıdakı “Russki dom” qapadıldı, “Sputnik Azərbaycan”ın əməkdaşları və Bakıda olan səkkiz rusiyalı həbs edildi. Onlar casusluqda, narkotik alveri və kiber fırıldaqçılıqda ittiham olundular.

Yalnız ötən həftə Düşənbə cammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı Rusiya prezidenti Vladimir Putin istintaqın nəticələri barədə məlumat verərək, həlak olanların ailələrinə bir daha başsağlığını ifadə etdi, eləcə də bu məsələdə məsuliyyət daşıyanların haqqında hüququ addımlar atılacağını və zərəçəkənlərə təzminatın ödəniləcəyini bildirdi.

Bu görüşdən sonra “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx Bakıdakı həbsi ev dustaqlığı ilə əvəz olundu. Rusiya tərəfi analoji addımı Moskva Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayevə münasibətdə atdı.

Lakin bütün bunlardan sonra İslam Hüseynovun Rusiya vətəndaşlığından çıxarılması Rusiyada diasporumuza qarşı münasibətin dəyişmədiyindən xəbər verir.

Bu addımın “Rusiyanın adamı” sayılan Ramiz Mehdiyevin həbsi fonunda baş verməsi olduqca düşündürücüdür. Rusiya, sən necə də cılızsanmış!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:361
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri