Icma.az
close
up
RU
Rusiya heç bir halda “Zəngəzur dəhlizi” terminindən geri çəkilməyib

Rusiya heç bir halda “Zəngəzur dəhlizi” terminindən geri çəkilməyib

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağdan köçən ermənilərin geri qaytarılması məsələsinin gündəmə gətirilməsinin Azərbaycan və Ermənistan arasında gedən sülh prosesinə təhlükəli olduğu barədə açıqlaması, Ermənistanda revanşistlər və müxalif qüvvələr üçün bir fürsət kimi, Paşinyan əleyhinə yönləndilsə də, əslində Paşinyanın siyasi xətti real Ermənistan dövlətçiliyinin qorunub saxlanması üçün atdığı praktik addımdır.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

"Söhbət ondan gedir ki, Paşinyan Azərbaycanın “Qərbi Azərbaycan” proqramı və siyasəti üzrə artıq ümumilikdə 500 mindən çox Qərbi azərbaycanlı qaçqının geri qayıtmamasını, hələ şişirdilmiş sayı 100 minə yaxın Qarabağ ermənilərinin isə geriyə Azərbaycana qaytarılması ilə paralel proses kimi mümkün hesab edir. Təbii ki, Paşinyan nisbət etibarilə azərbaycanlıların üç milyonluq Ermənistana geri qayıtmasının dövlətin etnik tərkibinə əhəmiyyətli dərəcədə dəyişiklik gətirəcəyinin fərqindədir. Yəni, Paşinyan ermənilərin Qarabağa qayıtmasının buna görə əleyhinədir. Başqa sözlə, Paşinyan ermənilərin Qarabağa qayıtmaması müqabilində müasir Ermənistanı, onun etnik tərkibini qorumağa çalışır" - politoloq deyib.

Onun sözlərinə görə, digər tərəfdən, Paşinyan Ermənistanda əhali sayının azalmasının qarşısını almaq üçün Qarabağdan köçən ermənilərin Ermənistanda məskunlaşmasını demoqrafik vəziyyətə müsbət təsir edəcək amil hesab edir:

"Qaldı ki, Paşinyanın Moskvaya səfərindən sonra "Zəngəzur" ifadəsinin əleyhinə çıxması, Rusiya tərəfindən verilmiş bir göstəriş kimi təqdim edilməməlidir. Əslində, Rusiya özü Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına qədər bütün platformalarda “Zəngəzur dəhlizi” terminindən istifadə edib.

Lakin Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından və Zəngəzur dəhlizi ilə bağlı razılaşmadan sonra, həmçinin Zəngəzur dəhlizinin “Tramp yolu” adlandırılması təbii ki, dəhlizə nəzarətdən uzaqlaşdırılan Rusiyanın maraqlarına uyğun gələ bilməz. Buna görə də Rusiya heç bir halda “Zəngəzur dəhlizi” terminindən geri çəkilməsi mümkün deyil.

Çox güman ki, Ermənistan Baş naziri Paşinyana Rusiyaya səfəri zamanı Vaşinqtonda Azərbaycanla sülh müqaviləsinun paraflanması və "Zəngəzur dəhlizi" yəni "Tramp yolu" ilə bağlı güclü təzyiqlər edilib və Paşinyan Rusiyanın istəyinin tam əksinə, “Zəngəzur dəhlizi” terminindən imtina etməyi qabartmaqla ABŞ-ı “Tramp yolu” ilə Rusiyaya qarşı çıxarır. Şübhəsiz ki, rəsmi Moskva “Tramp yolu” razılaşmasını özünün maraqlarına əks layihə görür. Bu da Rusiyanın “Zəngəzur dəhlizi” termini ilə Ermənistan arasında fikir ayrılığının təsdiqidir.

Xüsusilə bu günlərdə Ermənistanda “Tramp yolu”nun fəaliyyətinin detalları ilə bağlı ABŞ-dan nümayəndə heyəti ilə müzakirələrin aparılması fonunda Paşinyanın Rusiya səfərindən sonra “Zəngəzur dəhlizi” termininə qarşı çıxmasının Rusiya ilə əlaqələndirilməsi sadəlövhlükdür".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Oktyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri