Rusiya hərbçiləri Suriyada 8 saat gözlədilib və hərbi bazaya buraxılmayıb
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriya Müdafiə Nazirliyi Rusiya hərbi karvanının Tartus bazasına daxil olmasına icazə verməyib.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, Latakiya əyalətindəki Xmeymim hava bazasından 30 raketlə silahlanmış maşın karvanı Suriyanın yeni hökumətinə sadiq hərbçilər tərəfindən Tartus keçid məntəqəsində dayandırılıb.
Bildirilib ki, keçid məntəqəsində səkkiz saat gözlədikdən sonra konvoy Xmeymim bazasına qayıtmağa məcbur olub.
Xatırladaq ki, Rusiya hərbçiləri Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd rejimi ilə razılaşma əsasında 2015-ci ilin avqust ayından etibarən Xmeymim bazasından istifadə edir.
Daşqın Həsənov
Missiya.Az

Rusiya Suriyada qalır
16 Dekabr 2024 13:47
Lavrov Suriyada Rusiya hərbi bazalarından danışdı
29 Dekabr 2024 13:33
Pentaqon Suriyada Rusiya ilə hərbi kanalını
03 Dekabr 2024 10:48
Rusiya Suriyada hərbi varlığını qoruyacaq Razılaşma
17 Fevral 2025 23:58
Rusiya Suriyada hərbi iştirakını saxlamağa çalışır
09 Dekabr 2024 14:55

