Rusiya hərbi bazasında partlayış: ölən var VİDEO
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın Primorskiy vilayətində, Şitovaya kəndi yaxınlığında yerləşən hərbi bazada baş verən partlayışlar nəticəsində rus hərbçiləri arasında itkilər var.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat İdarəsi bu partlayışların onların xüsusi əməliyyatları olduğunu bildirib.
“UNIAN“ın mənbələrinin verdiyi məlumata görə, partlayış baş verən bazada 47-ci desant-təxribat batalyonu, 155-ci mühafizə briqadasının dəniz piyadalarından ibarət bölməsi yerləşir.
Bu bölmə Kiyev, Uqledar, Mariupol, Kursk və Pokrovski istiqamətlərində döyüşlərdə iştirak edib. Rusiya 155-ci briqadası yerli əhaliyə qarşı xüsusi qəddarlıq və ukraynalı əsirlərin edamları ilə fərqlənib.
Məlumatda hadisə yerinə çox sayda təcili yardım maşını və xüsusi xidmət əməkdaşlarının gəldiyi, hətta helikopterin qaldırıldığı qeyd olunur və bu da hərbçilər arasında ölən və yaralananlar olduğuna dəlalət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 16 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















