Rusiya hərəkətə keçdi: bu ölkəyə qarşı hərbi hazırlıq görülür
Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiya İsrailin müdaxiləsinə qarşı Suriyadakı mövcudluğunu gücləndirir. Rusiya Qolan təpələrinin işğal altında olan sərhədlərində qüvvələr bölgəsində yeni müşahidə məntəqələri yaradıb və texniki divarın tikintisinə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, Suriya və Rusiya hökumətləri arasında əməkdaşlıq çərçivəsində Rusiya qüvvələri Dəməşqin tələbi ilə Quneytra və Dəra əyalətlərində müşahidə məntəqələrinin sayını 9-a çatdırıb.
Suriyada fəaliyyət göstərən Rusiya qüvvələrinin komandanının müavini general Aleksandr Rodionov bu barədə deyib: “2015-ci ildən bu yana bu bölgənin heç bir nöqtəsindən geri çəkilməmişik. Əksinə, biz müşahidə məntəqələrimizin mövcudluğunu gücləndirdik”.
Qeyd edək ki, BMT ötən həftə İsraili Suriya ilə Qolan bölgəsində 50 illik atəşkəs razılaşmasını pozmaqda ittiham edib. “Associated Press” tərəfindən yayımlanan peyk görüntüləri İsrailin sərhəddəki Alfa xətti boyunca geniş tikinti və yol asfaltlama işləri gördüyünü, təhlükəsizliyi zirehli maşın və tanklarla təmin etdiyini ortaya qoyub.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 21 Noyabr 2024 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















