Rusiya hücumları intensivləşdirərək, ABŞ Ukraynaya təzyiq etməyini planlaşdırır
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Rusiya -Ukrayna arasında gözlənilən danışıqların ikinci raundunun başlanması fonunda Rusiya Ukraynada yeni cəbhə açıb. Xüsusilə Xarkov və Sumı vilayətinə intensiv yay hücumlarını genişləndirib. Bu hücumlarda məqsəd danışıqlarda üstünlük əldə etmək və Qərbi fakt qarşısında qoymaqdır. Donald Tramp Rusiya prezidenti haqqında sərt ifadələr işlətməsi sanksiyalarla hədələməsina baxmayaraq Rusiyanın müəyyən şərtləri ilə razılaşdığının mesajı verilir".
Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, məhz Rusiya da hücumları intensivləşdirərək, ABŞ Ukraynaya təzyiq etməyini planlaşdırır:
"İstanbulda danışıqlar baş tutarsa, yenidən nəticəsiz olacaq. Çünki, Rusiya cəbhədə üstünlük əldə edərək, danışaqlar masasında güzəştsiz mövqe ortaya qoyacaq. Tramp Ukraynanı Rusiya ilə anlaşma əldə etmək üçün təzyiqlər etməsi istisna deyil. Danışıqların ikinci raundu baş tutarsa, nəticəsiz olacaq. ABŞ indiki siyasətini davam etdirməklə Rusiyaya təzyiq etməyəcək. Rusiya hücumları intensivləşdirərək Xarkovu işğal edə bilər. ABŞ prezidenti Tramp Rusiyaya konfontrasiyaya getmək istəmir. Putin bundan istifadə edərək, Ukraynada işğalı genişləndirir".
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 May 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















