Icma.az
close
up
RU
“Rusiya iki üç il ərzində NATO ölkələrinə hücum edəcək...”

“Rusiya iki üç il ərzində NATO ölkələrinə hücum edəcək...”

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya hadisələrin mərkəzində olacaq..?

...Alman general-leytenantı Gerald Funke Rusiyanın iki-üç il ərzində NATO ölkələrinə hücum edəcəyinə və Almaniyanın episentrdə olacağına inanır.

SİA xəbər verir ki, o, bunu "The Times" qəzetinə verdiyi müsahibədə bildirib.

Funke jurnalistlərə bəyan edib ki, onun fikrincə, Rusiyanın NATO-ya mümkün hücumunun ən pis ssenarisində logistika əsas çətinliklərdən biri olacaq.

Generalın sözlərinə görə, bu, on minlərlə müttəfiq əsgərinin cəbhə xəttinə daşınması lazım olduğu, əsas avtomobil və dəmir yolu marşrutlarının isə Rusiyanın təxribatları, kiberhücumları...ehtimal ki, uzaq mənzilli raket zərbələri nəticəsində zədələnə biləcəyi deməkdir.

Bundan əlavə, çox sayda yaralı koronavirus pandemiyasının "ən qaranlıq günləri" ilə müqayisə edilə bilən miqyasda Almaniya xəstəxanalarını potensial olaraq doldura bilər. Bundesverin 1800 çarpayı tutumlu beş öz xəstəxanası var və onlar tez bir zamanda doldurulacaq.

Buna görə də Almaniya Silahlı Qüvvələrinin Dəstək Komandanlığı və Federal Səhiyyə Nazirliyi mülki xəstəxana şəbəkəsini böhran zamanı yaralılar üçün ayrıla bilən dörd hissəyə bölüblər.

...Əfqanıstanda təəssüf ki, çoxlu sayda yaralım var idi, amma indi gündə minlərlə yaralı qəbul etmək ehtimalını planlaşdırmalıyam. Buna nə qədər yaxından baxsanız, bir o qədər mürəkkəbləşir və təsəvvür etmək bir o qədər çətinləşir, - deyə alman hərbçi izah edir.

Onun sözlərinə görə, Almaniyanın potensial Rusiya hücumuna qarşı müdafiəsinin ən həssas hissəsi logistika olacaq.

...Bizim üçün Almaniyanı logistika mərkəzi kimi saxlamaq və təchizat xətlərini mümkün qədər uzun müddət ərzində mümkün qədər rahat idarə etmək vacibdir. Bu o deməkdir ki, bir marşrut sıradan çıxarsa, digərlərindən istifadə edə biləcəyik, - deyə Funke əlavə edir.

...Keçən il Almaniya silahlı qüvvələrinin əsaslı şəkildə yenidən qurulması nəticəsində yaradılan Funke komandanlığı hazırda yük maşınlarının, dəmir yolu vaqonlarının, ərzaq və personalın böyük miqyasda tələb olunması üçün mürəkkəb Soyuq Müharibə dövrünün sisteminin müasir versiyasını hazırlayır.

General milli dəmir yolu operatoru Deutsche Bahn ilə "ehtiyat" müqavilələri imzalayıb və bu müqavilələrə əsasən, bildirişdən sonra üç gün ərzində hərbi texnikanın daşınması üçün qatarlar təchiz edilməlidir.

Funke izah edir ki, digər bir mürəkkəblik Almaniya hüquq sistemidir. Müəyyən hərbi tədbirlər yalnız parlamentin üçdə ikisi "gərginlik vəziyyəti" və ya "milli müdafiə vəziyyəti" elan etmək üçün səs verdikdə tətbiq oluna bilər ki, bu da yerlərin üçdə birindən çoxunun radikal sol və Rusiyaya meyilli ifrat sağ tərəfindən tutulduğu parlament üçün sadə bir təklif deyil.

Analitiklər xəbərdarlıq edirlər ki, sürətlə inkişaf edən böhran fonunda ölkənin sülh dövründən çıxması çox uzun çəkə bilər. Bundesver generalı əlavə edib ki, sülh və müharibə arasındakı sərt bölgü hibrid müharibənin bu gün görünən səviyyəyə çatmadığı dövrdən qalma 20-ci əsrin köhnəlmiş mirasıdır.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Yanvar 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri