Rusiya ilə ABŞ diplomatlarının görüş zamanı və məkanı barəsində məlumat
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hurriyyet.az xəbər verir ki, fevralın 18-də Səudiyyə Ərəbistanında, paytaxt Ər-Riyad şəhərində RF ilə ABŞ diplomatları arasında görüş keçiriləcəyi bildirilir. Bu məlumatı "Axios" portalı mənbələrə istinadla verib. Amerika diplomatlarından ibarət nümayəndə heyəti Səudiyyə Ərəbistanına uçublar. Heyətin tərkibində ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff ilə Prezidenti milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts da var.
Görüş zamanı Ukraynadakı vəziyyət və Vladimir Putin ilə Donald Tramp arasında danışıqlara hazırlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır.
CNN telekanalının məlumatına görə, ABŞ-ın dövlət katibi Marko Rubio da Ər-Riyada yola düşüb. Səudiyyə Ərəbistanı danışıqlarda həm də vasitəçi kimi iştirak edir. 18 fevralda keçiriləcək danışıqlarda krallığın nümayəndə heyətinə Səudiyyə Ərəbistanının milli təhlükəsizlik üzrə müşaviri rəhbərlik edəcək.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 Fevral 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















