Icma.az
close
up
RU
Rusiya ilə Almaniya arasında daha bir gərginlik

Rusiya ilə Almaniya arasında daha bir gərginlik

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia, Almaniyanın Ukraynaya “Taurus” raketlərini verməsi halında birbaşa olaraq müharibəyə qoşulmuş sayılacağını bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, Nebenzia Anadolu Agentliyinin (AA) Almaniyanın “Taurus” raketlərini Ukraynaya mümkün təhvil verməsi və ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etməklə hədələməsi ilə bağlı suallarını cavablandırıb.
Nebenzia müxbirin: 

“Almaniya Ukraynaya “Taurus” raketlərini versə, o, birbaşa müharibədə iştirak etmiş sayılarmı? sualına, "Bəli" deyə cavab verib. Almaniya və bir çox başqa ölkənin bir növ Ukrayna münaqişəsinə qarışdığını deyən Nebenzia əlavə edib:

"Bu ölkələr öz vəkil qüvvələrinin köməyi ilə Rusiyaya qarşı müharibə aparırlar. Əgər onlar (Almaniya) "Taurus" raketlərini də təmin etsələr, bu, gərginliyin artması istiqamətində daha bir addım olacaq". ABŞ-nin razılıq əldə edilmədiyi təqdirdə İrana qarşı güc tətbiq edəcəyi ilə bağlı təhdidlərinə gəlincə, Nebenzia ABŞ-nin verdiyi açıqlamalarda siyasi həllə üstünlük verdiyini ifadə etdiyinə diqqət çəkib.

Nebenzia onların da bu varianta üstünlük verdiyini bildirib.Enerji obyektləri üçün qismən atəşkəs təklifinin martın 18-də Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığından sonra gündəmə gətirildiyini xatırladan Nebenzia, Rusiyanın bu təklifi dəstəklədiyini və orduya buna əməl etməyi tapşırdığını qeyd edib.

Nebenzia Rusiyanın təklifə ilk gündən əməl etdiyini, Ukraynanın bu təklifi açıq şəkildə dəstəkləməsinə baxmayaraq hər gün hücumlarını davam etdirdiyini bildirib.

Ukraynanın Rusiyanın enerji obyektləri də daxil olmaqla 120-dən çox hücum təşkil etdiyini deyən Nebenzia, əlavə edib ki, Ukrayna enerji infrastrukturunda qismən atəşkəs tətbiq etməyib:

“Ona görə də bu nöqtədə atəşkəsdən danışmaq real deyil". 

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri