Icma.az
close
up
RU
Rusiya ilə Azərbaycanı birləşdirən yol 4 zolaqlı olacaq

Rusiya ilə Azərbaycanı birləşdirən yol 4 zolaqlı olacaq

Rusiya ilə Azərbaycanı birləşdirən "Qafqaz" yolu 2030-cu ildə dörd zolağa qədər genişləndiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qafqaz Federal Yolları Agentliyinin idarə rəisi Aleksandr Lukaşuk TASS Qafqaz informasiya mərkəzində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, "Qafqaz" magistral yol Krasnodar ərazisindəki Pavlovskaya stansiyasından Azərbaycan Respublikasının sərhədinə qədər uzanır.

"Bu gün prioritetimiz Rusiyanın subyektlərini xarici dövlətlərlə birləşdirən Şimal-Cənub "beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan R -217" Qafqaz" yoludur. Bu yolda ən böyük trafik- turist, malların daşınması gedir. Ona görə də, bu istiqamətə xüsusi diqqət yetirilir. 2030-cu ilə qədər bütün R -217 magistral yolu dörd zolaqlı olacaq"deyə Rusiya rəsmisi vurğulayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:59
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri