Rusiya ilə bağlı qərar BOK məhdudiyyətləri ləğv etdi
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin hüquqlarını bərpa edib.
Apasport.az xəbər verir ki, bu barədə Rusiyanın idman naziri Mixail Deqtyaryov açıqlama verib.
Onun sözlərinə görə, BOK İcraiyyə Komitəsi 2023-cü ildə qəbul etdiyi, rusiyalı idmançıların yalnız neytral statusda fərdi yarışlarda iştirakına dair qərarı da ləğv edib. Bundan başqa, neytral statusla bağlı yoxlamalar dayandırılıb və Rusiyada beynəlxalq yarışların keçirilməsinə qoyulan qadağa aradan qaldırılıb.
Deqtyaryov bildirib ki, növbəti mərhələdə bu qərarların beynəlxalq idman federasiyalarında da tətbiq olunması istiqamətində iş aparılacaq. Onun sözlərinə görə, BOK-un qərarı olimpiya hərəkatının siyasətdən kənarda qalmalı olduğuna dair mühüm mesajdır.
Qeyd edək ki, Rusiya Olimpiya Komitəsi 2023-cü ilin oktyabrında Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindəki regional olimpiya şuralarını öz tərkibinə daxil etdiyinə görə BOK tərəfindən üzvlük hüququndan məhrum edilmişdi.
Bundan əvvəl isə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra rusiyalı idmançılar beynəlxalq yarışlarda əsasən neytral statusda iştirak edə bilirdi.
Oxatanlarımız Dünya Kubokunun IV mərhələsində mübarizə aparacaqlar Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək Azərbaycan "Formula 1"in dəstəklədiyi qlobal STEM Racing proqramına qoşulub Azərbaycanlı idmançı Avropa çempionu oldu - Rumıniyada qızıl medal Xiaomi Bakıda yeni Xiaomi 17T seriyasının təqdimatında texnologiya və futbolu bir araya gətirdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 07 İyul 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















