Rusiya ilə bütün əsas məsələlər tənzimlənib Japarov
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qırğızıstan Prezidenti Sadır Japarov rusiyalı həmkarı Vladimir Putin ilə keçirdiyi son danışıqlar zamanı bütün əsas məsələlərin həll edildiyini bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə S.Japarov "Kaktus media"ya müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, Moskva səfərinin təşəbbüskarı özü olub. O, Astanada keçirilən ekoloji sammitdən sonra yaranmış fürsətdən istifadə edərək bu görüşü keçirmək qərarına gəlib:
"Səfərin ilk günü biz iki saatdan çox müddətdə Qırğızıstan-Rusiya münasibətlərinin geniş spektrini müzakirə etdik. Bir sıra mövzular üzrə profil nazirlərin iştirakı ilə əlavə danışıqların aparılması barədə razılığa gəldik. Nazirlər təcili çağırıldı və artıq növbəti gün geniş tərkibdə görüş keçirildi. Bütün əsas məsələlər tənzimləndi".
S.Japarov son beş il ərzində göstərdiyi daimi dəstəyə görə Vladimir Putinə minnətdarlığını ifadə edib:
"Vladimir Vladimiroviç əməkdaşlığın bütün məsələlərində dəstək nümayiş etdirir, Rusiya tərəfinə aid olan problemləri həll edir. Məhz buna görə biz Rusiyanı strateji tərəfdaşımız adlandırırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Aprel 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















