Icma.az
close
up
RU
Rusiya ilə Çin buğdanı avtomobillə dəyişirlər

Rusiya ilə Çin buğdanı avtomobillə dəyişirlər

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.


1990-cı illərdən bəri ilk dəfədir ki, Rusiyanın xarici ticarətində barter geniş vüsət alır. Sanksiyalardan yan keçməyə çalışan şirkətlər buğdanı Çin avtomobilləri, kətan toxumunu isə tikinti materialları ilə dəyişdirirlər.
Reyting.az
“Reuters”ə istinadla bildirir ki, barter üsulunun qaytarılması Ukraynadakı müharibənin Moskvanın ticarət əlaqələrini pozduğunu, Sovet İttifaqının dağılmasından 30 il sonra Rusiyanın Qərblə iqtisadi inteqrasiyasının başlanğıcını qoyduğunu göstərir.
Xatırladaq ki, 2024-cü ildə Rusiya İqtisadiyyat Nazirliyi 14 səhifəlik “Xarici Ticarət Barter Əməliyyatları üzrə Bələdçi” nəşr edib. Bu kitabda bizneslərə sanksiyalardan yayınmaq üçün bu üsuldan necə istifadə etmələri tövsiyə olunur. Hətta barter mübadiləsi kimi fəaliyyət göstərəcək ticarət platforması yaratmaq təklifi irəli sürülür.
Rusiya-Asiya Sənayeçilər və Sahibkarlar İttifaqının Baş Şurasının katibi Maksim Spaski agentliyə bildirib ki, barterin artması de-dollarizasiya, sanksiyalar təzyiqi və tərəfdaşlar arasında likvidlik problemlərinin əlamətidir.
O hesab edir ki, barter həcmlərinin daha da artacağı ehtimalı var.
Ticarət mənbəsi bildirib ki, sistem Rusiya banklarının dollar və avro ilə ticarətini kəsən sanksiyalardan yan keçməyə kömək edir.
Üç analitik qeyd edib ki, barter miqyasının mümkün göstəricisi 2025-ci ilin birinci yarısında 7 milyard dollara çatan mərkəzi bankın xarici ticarət statistikası ilə gömrük məlumatları arasında artan uyğunsuzluqdur.
Şərh sorğusuna cavab olaraq Rusiya gömrük xidməti müxtəlif ölkələrlə barterin “geniş çeşiddə mallar üzrə” aparıldığını təsdiqləyib. Bununla belə, qeyd edib ki, xarici ticarət müqavilələrinin ümumi həcmi ilə müqayisədə barter əqdlərinin sayı cüzidir.
Jurnalistləri öz mənbələri vasitəsilə öyrəniblər ki, sövdələşmələrdən birində Çin avtomobilləri buğdaya dəyişdirilib. Bundan əlavə, daha iki sövdələşmədə kətan toxumu müxtəlif mallara, o cümlədən Çindən gətirilən məişət texnikası və tikinti materiallarına dəyişdirilib.
Rusiyanın xarici ticarəti ilə tanış olan ekspertlər bu ölkənin Ural vilayətinin gömrük xidməti tərəfindən 2024-cü il bəyannaməsində qeydə alınan kətan sövdələşmələrindən birinin təxminən 100 min dollar dəyərində olduğunu bildiriblər. Digər sövdələşmələrdə metallar avtomobil müqabilində Çinə göndərilib.
V. QULİYEV
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri