Icma.az
close
up
RU
“Rusiya ilə danışmalıyıq... Paşinyan Putinlə yaxınlaşma kursu götürüb”

“Rusiya ilə danışmalıyıq... Paşinyan Putinlə yaxınlaşma kursu götürüb”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az saytının suallarını cavablandırıb.

"AzPolitika" həmin müsahibəni təqdim edir:

-Qüdrət bəy, bu gün bütün dünya Trampla Zelenski arasında görüşün nəticələrini gözləyir. Sizin fikirlərinizi öyrənmək istərdik.

-Tramp Zelenskiyə və Avropa liderlərinə nifrət edir. Bilir ki, onlar onun seçilməsini istəmirdilər, amma Putin istəyirdi. Ona görə də (yəqin ki, yalnız buna görə yox) Putinə “boss” deyə müraciət edir. O, bütün gücü ilə Zelenskiyə və Avropa liderlərinə təzyiq edəcək ki, Putinin istədiyi şərtlərlə sülhə (kapitulyasiyaya) razılaşsınlar. Amma Zelenskinin ölkəsinin Konstitusiyasına zidd addım atacağı ehtimalı çox azdır.

-Zelenski razılaşmasa, Tramp sülh danışıqlarından çıxa bilərmi?

-Putin Trampa müvəqqəti olaraq sülh prosesindən geri çəkilməyi və Ukraynaya silah satmamağı tapşıra bilər. Amma bunun Tramp üçün ABŞ-da hansı nəticələr doğuracağı bəlli deyil. Putin təcrübəli siyasətçi kimi Trampı qoruyacaq və ona impiçment elan olunmasına gətirib çıxara biləcək tapşırıqlar verməyəcək.

-Hazırda Avropanın Trampa hansısa təsir imkanı varmı?

-Var. Ona deyə bilərlər ki, sən heç vaxt Nobel mükafatı almayacaqsan və Amerika xalqına nə baş verdiyi barədə açıq müraciət edə bilərlər. Zelenski Amerika xalqına müraciət edə bilər ki, Budapeşt Memorandumuna əsasən siz bizim ərazi bütövlüyümüzü qorumaq əvəzinə bizdən Rusiyaya torpaq verməyi tələb edirsiniz. Amma Trampla görüşdə bunu dillərinə gətirməyə cəsarət etməzlər. Avropa liderləri nüvə silahına sahib olsalar da, Rusiyadan qorxurlar. Buna görə də Rusiyanı ABŞ-ın əli ilə dayandırmaq istəyirlər. Tramp bunu görür və ona görə də onları alçaldır. Britaniya, Fransa, Almaniya və Polşanın Ukraynaya ciddi hərbi dəstək vermək imkanları var, amma bunu etmirlər.

-Qüdrət bəy, Rusiya yenidən Ukraynada Azərbaycanın yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Azərbaycan bunun qarşılığında nə etməlidir?

-Rusiya ilə danışmalıyıq. Qarşıdurmaya və münasibətlərin indikindən də artıq gərginləşməsinə imkan vermək olmaz. Biz nə qədər qürurlu olsaq da, kiçik ölkəyik. İnanıram ki, 2013-cü ildə olduğu kimi, indi də liderlər görüşüb məsələni yoluna qoya bilərlər. Çoxları Azərbaycan–Rusiya münasibətlərinin qanlı qarşıdurmaya çevrilməsini böyük sevinclə və səbirsizliklə gözləyir. Buna yol vermək olmaz. Putin Trampa gözünü ağartsa, güvəndiyimiz ölkələrin özünü necə aparacağı ciddi suallar doğuracaq. Hələ ki, heç nə yoxdur, ağızlarına su alıb susurlar. Biz təmkinli olmalı, diqqətimizi daha çox iqtisadi problemlərin həllinə yönəltməliyik.

-Pezeşkianın İran səfəri barədə nə deyə bilərsiniz?

-Pezeşkian İranın dinc inkişafı üçün bir şansdır. O, çox ağıllı adamdır, amma real hakimiyyət onun əlində deyil. Vaşinqton Bəyannaməsi imzalananda demişdim ki, çox böyük ehtimalla Putin İranla münasibətləri qoruyub saxlamaq üçün Zəngəzur dəhlizinin açılmasını Trampa tapşırıb. Pezeşkian bunu dərhal başa düşdü və türk düşmənçiliyi aparıb dəhlizə qarşı çıxan dairələrə səhv yolda olduqlarını bildirdi.

-Son vaxtlar Ermənistan–Rusiya münasibətlərində istiləşmə hiss olunur. Bu nə ilə əlaqədar ola bilər?

-Vaşinqton sammitindən öncə Paşinyanın ailəsi ilə birlikdə Altay səfəri və yüksək səviyyədə qarşılanması diqqətdən yayınmadı. Rusiya onu revanşistlərlə qorxudub, istədiyi qərarları qəbul etdirir. Paşinyan başa düşür ki, Tramp onu demokratlara yaxın olan Sorosun adamı kimi qəbul edir və bəyənmir. Ona görə də çevik siyasətçi kimi Putinlə yaxınlaşma kursu götürüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri