Icma.az
close
up
RU
Rusiya ilə əməkdaşlığı dayandırmayan Macarıstan başa düşür ki, ölkəni isidən Avropa İttifaqı deyil

Rusiya ilə əməkdaşlığı dayandırmayan Macarıstan başa düşür ki, ölkəni isidən Avropa İttifaqı deyil

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Macarıstan siyasi səbəblərə görə Rusiya ilə əməkdaşlıqdan imtina etmək niyyətində deyil. Bunu ölkənin xarici işlər naziri Peter Siyarto Buxarestdə beynəlxalq konfransda çıxışında deyib. Siyarto bildirib ki, Rusiya təbii qazın tədarükü üçün ən əlverişli şərtləri təklif edir. Onun sözlərinə görə, enerji sektorunda sanksiyalar və süni məhdudiyyətlər Avropa İttifaqının rəqabət qabiliyyətini azaldır. “Siyasi səbəblərə görə müəyyən təchizatçılara qarşı diskriminasiya Avropa əhalisinin həyat səviyyəsinə ciddi təsir göstərir”, - nazir qeyd edib.Bu qərar icra olunsa, Macarıstanın Qərb və ABŞ tərəfindən sanksiya "cəza"sı və ya siyasi təzyiqlə üzləşə biləmi?

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Macarıstan Rusiya-Ukrayna müharibəsi başlayandan həmişə Rusiyanın tərəfində olub, Rusiya ilə əlaqələr saxlayıb. Çünki iqtisadi cəhətdən daima Rusiyadan bəhrələnib və bu səbəbdən də Orban dəfələrlə Rusiya qarşı sanksiyaları əngəlləyib, qarşısını alıb, əleyhinə səs verib və bunu da açıq-aşkar bildirib: “Macarıstan başa düşür ki, Rusiya qazı Avropanın iqtisadiyyatının inkişafında böyük amil idi. Ancaq Rusiya sanksiyaya məruz qalandan və Avropa Rusiya qazından imtina edəndən sonra qazın qiyməti dəfələrlə qalxdı. Bu da təbii ki, hər bir ölkənin, o cümlədən Macarıstanın iqtisadiyyatına ciddi təsir edir. Macarıstan Rusiya qazından istifadə edirdi. Yanvarın 1-dən Rusiya qazının Ukraynadan Avropa nəqli dayandırıldı. Bundan sonra həm Macarıstan, həm də Slovakiya Rusiyanın lehinə bəyanatlarla çıxış etdilər. Hətta Slovakiyanln baş naziri Robert Fitso Zelenskini bu işdə günahlandırdı və bildirdi ki, Avropa İttifaqında Ukrayna ilə bağlı qəbul olunması planlanan qanunun əleyhinə səs verəcək. Ukrayna Avropaya, o, cümlədən Slovakiya və Macarıstana ötürülən qazın qarşısını kəsdi və indi orada vəziyyət gərginləşib”.

Elşad Həsənov

Elşad Həsənov qeyd edib ki, Rusiya bu gün ən əlverişli şərtlərlə xaricə qaz satır və bu vəziyyət Avropa İttifaqı üçün də çox əlverişlidir: “Ancaq Avropa siyasi səbəblərə görə bu məsələlərdə Rusiya qazının və Rusiya enerji resurslarının Avropaya, eləcə də dünyanın digər ölkələrinə ötürülməsinin qarşısı almağa çalışır. Məqsəd, Rusiyanı iqtisadi cəhətdən çökdürməkdir”.

Politoloq hesab edir ki, Tramp yenidən hakimiyyətə gəldi və yaxın zamanlarda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına çalışacaq.

“Bu zaman Putin də sanksiyaların ləğv olunmasına çalışacaq. Buna da Avropa ölkələrinin bəziləri razıdır. Onlar da istəyir ki, bu sanksiyalar ləğv olunsun, Avropaya Rusiyanın əlverişli qazı tədarük olunsun”-deyən Elşad Həsənov bildirib ki, yaxın zamanlarda bu məsələlər öz həllini tapacaq, həm Rusiya-Ukrayna müharibəsi dayanacaq, həm də Avropaya qazın nəqli nəqlinə icazə veriləcək.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri