Icma.az
close
up
RU
“Rusiya ilə imzalanan Strateji Müttəfiqlik Sazişi ləğv olunmalıdır” ŞOK AÇIQLAMA KONKRET

“Rusiya ilə imzalanan Strateji Müttəfiqlik Sazişi ləğv olunmalıdır” ŞOK AÇIQLAMA KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Son dövrlər Bakı ilə Moskva arasında yaşanan gərginlik təkcə diplomatik səviyyədə deyil, həm də dərin siyasi-ictimai sektorlarda da müşayiət olunmaqdadır.
Azərbaycanın təyyarə qəzasından sonra Rusiyadan kompensasiya tələb etməsinin qarşılığında Kreml bu legitim tələbə qarşı məsuliyyətsiz davranmaq bir yana, qonşuluq və bərabərhüququlu əməkdaşlıq ruhuna zidd addımla sərgiləməkdədir. Rusiya bütün beynəlxalq praktikada mövcud olan presedentə qarşı çıxmaqla öz riyakarlığını nümayiş etdirir. Necə ki, qardaş Türkiyə və Azərbaycan vaxtilə Rusiyaya oxşar hadisəyə görə, kompensasiya edib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri professor Vaqif Abdullayev səsləndirib:

Vaqif Abdullayev

“Birinci Pyotrun varisləri ənənəvi xislətlərinə sadiq qalaraq keçmiş psixologiyaya, tarixi “siyasi irsə” söykənməklə həqiqi qonşuluq və strateji müttəfiqliyə layiq olmadıqlarını göstərir. Yekaterinburqda 2001-ci ildə baş vermiş “cinayət” ətrafında ekstremizm və zorakılıq törədən rus polisi bütün hüquqi çərçivələri tapdalayır, çoxəsrlik qonşuluq əlaqələrinə xələl gətirir. Azərbaycanlı iş adamlarının, kiçik sahibkarların məqsədli şəkildə incidilməsi, fiziki zorakılığa məruz qalması hansı müttəfiqlik, yaxın qonşuluq ruhuna sığır? Hansı ölkədə miqrantları döyür, öldürürlər? Bu, açıq nifrətin, şovinizmin nümunəsidir. Məşhur jurnalist-ziyalı Mixail Qusmanın Xankəndidə verdiyi suallara görə, işdən çıxarılaraq çəzalandırılması isə heç bir mədəni-etika əxlaqa sığmır. Bu, sadəcə acizlik əlamətidir. Yaxud Xankəndi şəhərində erməniəsilli rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsinə görə, Xankəndini Stepanakert kimi təqdim etmək, özü də Mixail Qusmanın uzun illər rəhbərlik etdiyi və əsassız yerə uzaqlaşdırıldığı TASS informasiya agentliyində yayımlanması açıq təxribatdır. Baxmayaraq ki, agentlik səhvində düzəliş etdi, ancaq yenə də Dağlıq Qarabağ ifadəsinə yer verməklə öz dediklərinə haqq qazandırmağa çalışırlar”.

Professor əlavə edib ki, Azərbaycanda, paytaxt Bakıda onlarla Rusiyalı alim və şair, incəsənət xadimin heykəli, abidəsi var. Azərbaycan onları öz irsi kimi qoruyur:

“Xocalı qətliamını törətmiş ermənilərin fəxri saydıqları rəssamın Xankəndidə niyə abidəsi olmalıdır? İrəvanda, Gümrüdə, Zəngəzurda bir azərbaycanl şair, yazıçı, rəssamın abidəsi olmadığı halda Azərbaycanın bu düzgün addınına Rusiya niyə etiraz etməlidir? Ukraynaya humanitar yardım, yanacaq təminatı göndərən Azərbaycanın bu xeyirxahlığı da Moskvanı qəzəbləndirir, bəhanələrlə oradakı Azərbaycan biznes mərkəzlərini bombalayır. Ümumiyyətlə, Kreml niyə Azərbaycanın daxili işlərinə, müstəqil xarici siyasətinə qarışmalıdır? Zatulinlər, Solovyovlar ekstremist şüarlarla əslində Kremlin mesajlarını çatdırır. Belə müttəfiqlik olarmı? Azərbaycan müstəqil dövlətdir və bütün qonşuları ilə, o cümlədən Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq etməyə çalışır. Əgər kimsə özünü daha üstün hüquqda görürsə, imperiya təfəkkürü ilə davranırsa, zərərlərini özü də görür və görəcək. Əgər Rusiya bu cür davam edəcəksə, hesab edirəm ki, 2022-ci ildə imzalanmış Strateji Müttəfiqlik haqqında Sazişə yenidən baxılmalıdır”, – ekspert vurğulayıb.

Natiq Səlim

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 Avqust 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri