Rusiya ilə İran arasında ticarət dövriyyəsi 2024 cü ildə 4,8 milyard dollara yüksəlib
Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.
Rusiya ilə İran arasında ticarət dövriyyəsi 2024-cü ildə 16,2% artaraq 4,8 milyard dollara çatıb, lakin artım potensialı daha böyükdür.
Missiya.Az xəbər verir ki, "RİA Novosti"nin verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilev bildirib.
"Bu il mayın 15-də qüvvəyə minən rüsumsuz ticarət sazişi ölkələrimiz arasında ticarət üçün böyük imkanlar açır. Ticarət dövriyyəsi ötən il 4,8 milyard dollara çatıb. Lakin biz hesab edirik ki, qarşılıqlı ticarət potensialımız daha böyükdür və hökumətlərarası komissiyamızın 18-ci iclası bu potensialın reallaşdırılmasına həsr olunub", - deyə bildirilib.
Rusiya baş nazirinin müavini Aleksandr Novak qeyd edib ki, 2023-cü ildə Rusiya ilə İran arasında ticarət dövriyyəsi 4 milyard dollar olub. 2024-cü ildə artım 16,2% təşkil edib.
Zərintac Mayisqızı
Missiya.Az


