Rusiya ilə müharibə fəlakətə səbəb olardı Kavelaşvili
Icma.az bildirir, Unikal.az portalına istinadən.
"Qərb ölkələrinin Tiflisdən tələb etdiyi Rusiya ilə müharibə Gürcüstan üçün fəlakətə səbəb olardı".
"Unikal" xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Amerikanın "Responsible Statecraft" nəşrinə müsahibəsində deyib.
"Qərb bizdən Rusiya ilə müharibə aparmağı tələb etdi ki, bu bizim həyati vacib milli maraqlarımıza zidd olardı. Bu, 2008-ci ildəki kimi nəticələrlə başa çatacaqdı, o vaxtkı hökumətin NATO- ya etibara əsaslanan axmaq hərəkətləri Gürcüstanı fəlakətə sürüklədi", - Gürcüstan prezidenti bildirib.
Kavelaşvili müsahibəsində qeyd edib ki, Gürcüstan Rusiyanın Ukraynadakı hərəkətlərini pisləyib, ora humanitar yardım göndərib və Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Bununla belə, Gürcüstan prezidenti qeyd edib ki, Gürcüstan hökuməti Ukrayna Silahlı Qüvvələri tərkibində döyüşmək üçün ora könüllüləri göndərməkdən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 01 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















