Icma.az
close
up
RU
Rusiya ilə müharibədən əziyyət çəkən sadə odessalılar REPORTAJ VİDEO

Rusiya ilə müharibədən əziyyət çəkən sadə odessalılar REPORTAJ VİDEO

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Odessa, 30 iyun, AZƏRTAC

Rusiyanın Ukraynaya qarşı başladığı müharibə nəticəsində minlərlə mülki insan soyqırımına məruz qalıb. Ən çox zərər çəkən, həlak olan və xəsarət alanlar da məhz dinc sakinlər olub. Bu baxımdan, Ukraynanın Qara dəniz sahilində yerləşən və turistlərin sevimli məkanına çevrilmiş Odessa şəhəri də müharibənin ən çox təsir etdiyi şəhərlərdən biridir.

AZƏRTAC-ın çəkiliş qrupu Odessaya yollanaraq, şəhərdə Rusiya ordusunun mülki infrastruktura və yaşayış binalarına endirdiyi hava hücumları, həlak olan insanlar, başsız qalan ailələr və müharibənin acısını yaşayan sakinlər barədə hadisə yerində araşdırma aparıb.

Ukraynaya qarşı müharibə başladığı vaxtdan etibarən Odessa şəhəri və ətraf ərazilər dəfələrlə Rusiya silahlı qüvvələrinin, xüsusilə də Qara dənizdə yerləşən Rusiya Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərindən artilleriya atəşinə və hava zərbələrinə məruz qalıb. Şəhərə dəfələrlə ballistik və qanadlı raketlərlə hava hücumları həyata keçirilib. Odessada müşahidə olunan vəziyyət göstərir ki, dağıdılan və viran qoyulan mülki obyektlərin sayı kifayət qədər çoxdur. Hərbi obyektlərin olmadığı yaşayış məntəqələri belə dron və raket hücumlarına hədəf olur. Şəhər sakinləri Rusiyanın mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərdən və bu ağır durumdan artıq bezib və yorulublar.

Odessa şəhər sakini Tatyana Vovyanko AZƏRTAC-a açıqlamasında bildirib ki, müharibə ən çox mülki əhaliyə ağır təsir göstərib. “Hər gün, - təkcə cəbhə xəttində deyil, döyüşlərin getmədiyi şəhərlərdə də, - raketlər və dronlar havada dolaşır. İnsanlar gecələr rahat yata bilmirlər. Hər birimiz öz faciəmizi daxilən yaşayırıq, doğmalarımız və yaxınlarımız üçün daim narahatıq. Düşünürəm ki, ölkə xaricində olanlar da bu ağrını bizimlə bölüşürlər. Bəzən ən dəhşətlisi, müharibə şəraitində sağ qalmaq olur. Bu itkilər içində insanlar dərk edirlər ki, sülh və Vətənin qorunması uğrunda mübarizə nə qədər vacibdir. Hər kəs öz imkanları daxilində dəstək olmağa çalışır - bəziləri yardımlar göndərir, bəziləri xidmət göstərir, bəziləri isə ianə edir. Biz istəyirik ki, müdafiə, barış və sülh naminə daha çox insan bu işə qoşulsun. Ən əsası isə, nəhayət, təkcə Ukraynada deyil, bütün dünyada sülh olsun”.

Raketin zərbəsindən dağılan və xoşbəxtlikdən sağ qalan şəhər sakini Viktor Yorj isə AZƏRTAC-a bildirib ki, 2022-ci ilin aprelin 23-də Pasxa bayramı öncəsi atılan raketin qalığının yaşadığı binaya düşməsi nəticəsində ikinci mərtəbədən yeddinci mərtəbəyə qədər olan evlər dağılıb. “Çox evlər ziyan gördü, 7 nəfər həlak oldu. Sözsüz ki, sülh istərdik, ancaq hələ ki, bu, real görünmür”, - deyə Viktor Yorj əlavə edib.

Valentina Viktyuk isə AZƏRTAC-a açıqlamasında Rusiyanın mülki insanları hədəf götürməkdən bezdiyini vurğulayaraq deyib: “Artıq bütün baş verənlərdən bezmişik, uşağımızla hər dəfə gecə saat 00:00-dan sığınacağa qaçırıq. Bu dəhşətlidir, gecələri yatmırıq, mülki insanlar həlak olur. Bütün bunlar nə vaxt yekunlaşacaq? Biz bunun tez bir zamanda bitməsini istəyirik. Çünki bütün bunlar artıq bizi çox yorub. Bu, hamımıza təsir edir”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə zamanı Ukraynanın 13 mindən çox mülki şəxsi həlak olub. Onlardan 600-dən çoxu uşaqdır. Lakin bu statistika Ukraynanın işğal altındakı ərazilərində aparılmadığından, real itkilərin daha çox olduğunu söyləmək olar.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Odessa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri