Icma.az
close
up
RU
Rusiya indi də qoşunla HƏDƏLƏYİR

Rusiya indi də qoşunla HƏDƏLƏYİR

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Dövlət Duması “Müdafiə haqqında” Qanuna düzəliş layihəsini birinci oxunuşda qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, bu, Rusiya Prezidentinə beynəlxalq və milli məhkəmələrin qərarı ilə xaricdə saxlanılan rusları müdaifə etmək adı altında digər ölkələrə qoşun göndərməyə imkan verir.

Ekspertlər təşəbbüsü “qorxutma tədbiri” adlandırır və qeyd edirlər ki, düzəliş qeyri-rəsmi olaraq “Haaqaya müdaxilə haqqında” Qanun adlandırılan “ABŞ hərbçilərinin müdafiəsi” Qanununun təkrarıdır.

Dumada çıxış edən Rusiya müdafiə nazirinin müavini Anna Tsivilyova sadəcə, layihənin Rusiya Prezidentinin qərarı ilə xaricdəki rusları cinayət və digər təqiblərdən qorumaq üçün hazırlandığını deyib. Deputatlar sənədin birinci oxunuşda qəbul edilməsinə yekdilliklə səs veriblər. Qanun layihəsinin müzakirəsi beş dəqiqədən az vaxt aparıb. 

Qeyd edək ki, Rusiya hökuməti martın 19-da Dövlət Dumasına “Vətəndaşlıq haqqında” Qanuna da düzəlişlər layihəsini təqdim edib.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, qanun layihəsinin məqsədi Rusiya vətəndaşlarının hüquqlarının dost olmayan xarici dövlətlərin fəaliyyətlərindən və xaricdəki hüquq və azadlıqlarının qanunsuz pozulmasından müdafiə etməkdir. 

“Vətəndaşlıq haqqında” Qanuna Rusiya hakimiyyət orqanlarının xaricdə həbs edilmiş, saxlanılmış və ya təqibə məruz qalmış vətəndaşları müdafiə etmək üçün “lazımi tədbirlər görəcəyini” bildirən müaddə əlavə olunub.

Bu tədbirlərin nədən ibarət olması “Müdafiə haqqında” Qanuna edilən dəyişikliklərdə öz əksini tapıb. Orada Prezidentin silahlı qüvvələrdən onların təyinatı üzrə olmayan başqa məqsədlərdən istifadə etməsinə icazə verən norma var. Lakin bu cür istifadənin konkret halları sadalanmayıb.

Düzəlişdə Prezidentə orada təqib olunan Rusiya vətəndaşlarını müdafiə etmək üçün xaricə qoşun göndərə biləcəyi bildirilir. Qanuna görə, Rusiya hakimiyyəti xaricdə həbs olunan bütün ruslara deyil, yalnız beynəlxalq məhkəmələr və ya digər dövlətlər tərəfindən səlahiyyətli olan milli məhkəmələr tərəfindən mühakimə olunanlara belə güclü müdafiə vəd edir.

Sənəddə “səlahiyyətləndirmə”nin nə demək olduğu izah edilmir, məhz buna görə də Rusiya hökuməti digər ölkələri qoşun yeritməklə hədələyir.

Göründüyü kimi, Rusiyanın qəbul etdiyi bu qanun xarici dövlətləri, ilk növbədə isə postsovet ölkələrinə qarşı təhdid məqsədi daşıyır. Rəsmi Moskva keçmiş Sovet ölkələrini daima Rusiya vətəndaşlarının hüquqlarını müdafiəsi adı altında hərbi təcavüzlə hədələyib.

Ukrayanya qarşı işğalçılıq siyasətini də Rusiya bununla əsaslandırmağa çalışıb. “Müdafiə haqqında” və “Vətəndaşlıq haqqında” qanunlara edilən düzəlişlər də bu baxımdan təxribat kimi qiymətləndirilə bilər.

Kreml bununla guya başqa dövlətlərdə Rusiya vətəndaşlarının hüquqlarının pozulduğu, onların həyatına təhlükə yarandığına dair rəy yaratmaqla özünün işğalçılıq siyasətinin dinc insanları “müdafiə” etmək məqsədi daşıdığını nümaşyiş etdirmək istəyir.

Yəni Rusiyanın bu məqsədi hərbi təcavüzkarlıq əməlinə  legitimlik qazandırmaq niyyəti güdür. Dövlət Dumasının qanunvericiliyə etdiyi mürtəce əlavə və dəyişikliklər həm də xaricdə kəşfiyyat, həmçinin təxribat fəaliyyəti ilə məşğul olan Rusiya vətəndaşlarını sığortalamağa xidmət edir.

Xatırladaq ki, son dövrlər Azərbaycanda da “Rus Evi” və “Sputnik Azərbaycan” informasiya agentliyində fəaliyyət göstərən bir sıra Rusiya vətəndaşları casusluq əməllərinə görə məsuliyyətə cəlb edilmişdi.

Dövlət Dumasının son qərarı təxribatçı fəaliyyətinə görə ifşa edilmiş və saxlanılmış Rusiya vətəndaşlarının sanki toxunulmaz olduğu mesajını özündə ehtiva edir. Kreml casus şəbəkəsinin saxlanılacağı və ya həbs ediləcəyi istənilən ölkəni qoşun yeritməklə hədələyir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Dövlət Duması qanun

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Aprel 2026 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri