Rusiya ingilis diplomatları ölkədən çıxarır casusluq ediblər
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) iki Britaniya diplomatını casusluqda şübhəli bilinərək deportasiya etmək qərarına gəldiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, FSB-dən verilən açıqlamada Britaniyanın Moskvadakı səfirliyində kəşfiyyat fəaliyyəti ilə məşğul olan işçilərin müəyyən edildiyi bildirilib.
Bəyanatda bildirilir ki, səfirliyin ikinci katibi Alkeş Odedra və birinci katibin əri Maykl Skinner Rusiyaya daxil olmaq üçün icazə alarkən qəsdən yalan məlumat veriblər və bununla da Rusiya qanunlarını pozublar:
"Sözügedən diplomatların Rusiyanın təhlükəsizliyini təhdid edən təxribat xarakterli kəşfiyyat fəaliyyəti həyata keçirməsinə dair əlamətlər var idi. Odedra və Skinnerin akkreditasiyasının ləğvi ilə bağlı qərar qəbul edilib. Diplomatlar iki həftə ərzində Rusiyanı tərk etməlidirlər".
Gülay
Baxış sayı:100
Bu xəbər 10 Mart 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















